Əliyevin yeni sülhsevərliyinin arxasında nə dayanır?

Əliyevin istədiyi yalnız Qərbi demokratik qüvvələrlə həmrəylikdən yayındırmaq deyil…

Source:


Əliyevin istədiyi yalnız Qərbi demokratik qüvvələrlə həmrəylikdən yayındırmaq deyil…

Gürcüstan və Ermənistanda inqilabi demokratik dəyişikliklərdən sonra İlham Əliyev Qərbdəki, elə Şərqdəki də, himayədarlarına bir şey təklif etməli idi ki, birinci halda “növbədə kimdir?” sualından diqqəti yayındıra bilsin, ikinci halda isə 2019-cu ildə Ermənistana göstərilə bilinəcək təzyiqin alətlərini aktuallaşdırsın.

Təklif Azərbaycanda demokratikləşmə ola bilməzdi. Buna görə də, İlham Əliyev Ermənistan və Azərbaycan arasında davam edən Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində bir fəaliyyət təqlid etməyə başladı.

Erməni seçiciləri aprel inqilabının nəticələrini dekabrda təsdiqləyəndən dərhal sonra Əliyev ordunu Ermənistanla sərhəddən geri çəkib, onları yüngül silahlı sərhəd qoşunları ilə əvəz etdi.

Eyni zamanda, Dağlıq Qarabağın azərbaycanlı icmasının dünya ictimaiyyəti qarşısına çıxarılası adam olmayan, köhnəlmiş başçısı, 38 yaşlı karyera diplomatı ilə əvəzləndi. Bu, Dağlıq Qarabağ irredentistləri ilə dialoqun hansısa formasına Əliyevin hazır olduğuna dair aydın siqnal kimi düşünülüb.

Əliyevin istədiyi yalnız Qərbi demokratik qüvvələrlə həmrəylikdən yayındırmaq deyil, həm də demokratik müxalifəti militaristlər kimi təqdim etmək və özünü bu fonda sülh göyərçini kimi göstərməkdir. Bu arada hətta ailəsinin bəzi üzvləri müxalifləri və demokratik prosesləri boğmaq üçün istifadə edilən uzun illərin müntəzəm militarist təbliğatına uyğun olmayan bəyanatlar verdilər.

Əliyevin “şərqli” himayədarlarına gəldikdə, sülh prosesinin fəallaşdırılması oyunu onlara da faydalıdır, çünki onlar Ermənistanın Baş naziri Paşinyanı ifrat qərbpərəstliyə görə cəzalandırmaq istəyəcəklərsə, buna “danışıqların iflası”ndan daha yaxşı bəhanə tapmayıb Azərbaycan ordusunu qəfil hücuma göndərəcəklər. Özgəsinin əli ilə işlərini görməkdən daha yaxşı nə ola bilər?

Bununla yanaşı, Əliyevin müxalifəti militaristlər kimi təqdim etməsi cəhdləri kütlələri müxalif qüvvələrə coşqulu dəstək verməyə yönəldib, onun hakimiyyətini çökdürə bilər. Ona görə də, o, hələlik bunun doğru yolunu tapa bilmir və müxalifətdə elə bir vətənpərvərlik çılğınlığı prosesini başlatmaq istəyir ki, ona tamamilə öz nəzarəti altındakı təşkilatlar liderlik edə bilsinlər.

Amma bu, təcrübədə mümkün deyil. Qərbdə kimin kim olduğunu yaxşı bilirlər. Həm də çiyinlərimizdə öz başımız var deyə belə bir teatrda iştirak etmərik.

Bu teatrın təhlükəsi təkcə onda deyil ki, danışıqlarda sadəlövh tərzdə irəliləyiş gözləyən aparıcı ölkələrin gözü qabağında bizə qarşı Kaşıkçı nümunəsindən ilhamlanan şiddət doğura bilər. “Paşinyan qeyri-sabit seçicilərdən asılıdır, Əliyev isə hökmdardır”, – deyib, xarici qüvvələrin Azərbaycan tərəfini sıxaraq daha çox güzəşt tələb etmələri təhlükələrdən başlıcasıdır.

Buna görə də, milli maraqlarımıza uyğun qaydada Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması nöqteyi-nəzərindən, ölkəmizin demokratikləşdirilməsi ehtiyacı çoxunun əvvəllər hiss etmədiyi qədər kəskinləşir.


İlqar Məmmədovun bloqu

Ana səhifəAnalitikaƏliyevin yeni sülhsevərliyinin arxasında nə dayanır?