Azərbaycanlı milyarderin arvadı Batumidə beşulduzlu otel tikdirib

1 hektara qədər sahəsi olan ərazi simvolik 1 lari qiymətinə Zərifə Həmzəyevaya verilib

Source:
Grand Gloria hotel
Grand Gloria hotel


1 hektara qədər sahəsi olan ərazi simvolik 1 lari qiymətinə Zərifə Həmzəyevaya verilib

Yay turizm mövsümün başlaması ilə Batumi şəhərində Yeni bulvarda beşulduzlu “Grand Gloria” oteli açılacaq. Acar hökuməti belə məlumat verib.

Tikinti işləri son mərhələdədir. Ümumilikdə, “Grand Gloria” otelində 170 otaq, açıq və qapalı hovuzlar, spa mərkəzi, restoranlar və konfrans salonları olacaq.

Otelin rəsmi açılışı 2018-ci ilin iyun ayına planlaşdırılır. Bu gün inşaat Acar hökumətinin sədri Zurab Pataradze, Acar iqtisadiyyat naziri Ramaz Bolkvadze və Azərbaycanın baş konsulu Pərviz İsmayılzadə tərəfindən ziyarət edilib.

Pataradzenin sözlərinə görə, konsepsiyaya əsasən, otel tam gücüylə işləyəcək və qonaqları ilin dörd mövsümündə qəbul edəcək. Pataradze qeyd edib ki, hökumət investorlarla “düzgün ünsiyyəti” dəstəkləyib və layihənin “problemləri yarananda”, “maksimum əməkdaşlıq” edilib və öhdəliklərin təxirə salınması məsələsi həll olunub.

Grand Gloria
Grand Gloria

“Nəticədə tamamlanmış və uğurlu bir layihəmiz var”, – Pataradze bildirib. Layihənin investisiya dəyəri 31 milyon dollardır. Hal-hazırda oteldə 100 nəfər işləyir.

Batumi mətbuatının verdiyi məlumata görə, yeni otelin tikintisinə 2012-ci ildə başlanılıb, sonra isə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili hökumətinin vaxtında həyata keçirilən bir sıra digər layihələr kimi dayandırılıb.

Layihənin həyata keçirilməsi ilə bağlı vəziyyət yalnız 2016-cı ildən sonra Acariya hökumətinin rəhbəri Arçil Xabadzenin yerinə Zurab Pataradze gəldikdən sonra dəyişdi.

Yeddi il əvvəl, 2011-ci ilin iyun ayında, Şerifa Ximşiaşvili küçəsində və ya Batumidə deyildiyi kimi Yeni Bulvarda, 1 hektara qədər sahəsi olan, “Marina” oteli ilə akvapark arasındakı torpaq sahəsi simvolik 1 lari qiymətinə Zərifə Həmzəyevaya – azərbaycanlı milyarder, AZAL aviaşirkətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşına satılıb.

Batumidə otelin layihəsini həyata keçirən, Bakı mərkəzli “Gloria” şirkətinin səhmlərinin 50,8% -i Zərifə Həmzəyevaya, qalan hissələr Malahət və Cəmil Əsgərovlara, onun uşaqlarına məxsusdur.

Zərifə Həmzəyeva Azərbaycan Prezidentinin qızı Arzu Əliyeva ilə birlikdə “Silk Way Holding”-in yaradıcısı və səhmlərinin sahibidir. Milyarderin həyat yoldaşı həmçinin böyük ətir mağazaları şəbəkəsi olan “Gazelli”-nin sahibdir.

2011-ci ildə imzalanmış müqaviləyə əsasən, investor 20 ay ərzində 100 otaqlıq müasir mehmanxana kompleksi tikməyi və 100 Gürcüstan vətəndaşını işlə təmin etməyi vəd edib. “Semiramida bağları” adlı otelin dizayn konsepsiyasının müəllifləri gürcü memarlarıdır.

Ana səhifəXəbərlərAzərbaycanlı milyarderin arvadı Batumidə beşulduzlu otel tikdirib