Melania Tramp ABŞ-dan deportasiya edilə bilərdi…

Melania Tramp ABŞ-da qanunsuz yaşayıb

Source:

ABŞ prezidenti Donald Trampın ölkədəki miqrantlara qarşı tətbiq etdiyi sərt siyasətə dünyanın bir çox ölkəsindən kəskin reaksiya gəldi. İllərlə ABŞ-da  yaşayan minlərlə insan deportasiya edildi, bir o qədərinin də ABŞ-a girişi qadağan olundu.

Yaxşı, ABŞ prezidenti Donald Trampın həyat yoldaşı, ABŞ-ın “First Lady”si, Sloveniya əsilli Melania Tramp, Donald Trampın prezidentliyi dönəmində ABŞ-a gəlsəydi, onun vəziyyəti necə olacaqdı?

“Associated Press”in bu suala cavab axtardığı xəbərdə, Melania Trampın 2017-ci ildə ABŞ-a gələcəyi  təqdirdə onun deportasiya olunacağı və ABŞ-a girişinin qadağan olunacağı bildirilir.

“AP”-nin ələ keçirdiyi sənədlərə görə, Melania Tramp 1996-cı ildə ABŞ-a turist vizası ilə gəlib. ABŞ-ın “First Lady”si, işləməsi qadağan olunmasına rəğmən, gəldikdən sonra ölkədə modellik edərək pul qazanıb.

Ana səhifəDünyaMelania Tramp ABŞ-dan deportasiya edilə bilərdi…