Türkiyənin NATO-da son günləri

NATO-nun Türkiyə qorxusu

Source:

Rusiya və Türkiyənin yaxınlaşması Şimali Atlantika Aleansını narahat etməyə başlayıb.

İngiltərənin “Times” qəzeti, Türkiyənin Rusiyadan S-400 raketlərini almaqla bağlı danışıqlara başlamasını,  rəsmi Ankaranın NATO-ya olan bağlılığını azaltmaq istəməyi kimi dəyərləndirir.

Qəzetdə dərc olunan məqalədə Türkiyənin Müdafiə Naziri Fikri İşığın da açıqlamaları yer alıb. Nazir deyib ki, ölkəsi özünün daimi müdafiəsini təşkil etməlidir və bunun üçün də S-400 raketlərinin həll yolu ola biləcəyini düşünür.

Məqalədə o da qeyd olunur ki, İşığın açıqlamaları Patriot raketlərini əvəzləyəcək MEADS raketlərinin istehsalçıları ABŞ, Almaniya, İtaliyaya qarşı yönəlmiş bir taktika ola bilər və bununla Rəcəb Tayyib Ərdoğan,  ölkəsinin müdafiəsi sahəsində Rusiya ilə razılaşaraq NATO-dan ayrılacağına işarə edir.

Qeyd edək ki, Rusiya dövlət müdafiə sənayesi şirkəti “Roctec”in icraçı direktoru Sergey Çemezov, Türkiyə tərəfinin S-400 raketləri ilə bağlı onlarla görüşdüyünü , hələ maliyyə məsələlərinin müzakirə edildiyini demişdi.

Ana səhifəDünyaTürkiyənin NATO-da son günləri