İraqın baş naziri Heydər əl-Abadi Suriya ərazisində olan İŞİD qüvvələrinə hava zərbəsi endirmək barədə göstəriş verib.
“Reuters” agentliyi xəbər verir ki, baş nazir bu addımı Bağdadda törədilən partlayışa cavab olaraq atıb. Heydər əl-Abadi İraq hərbçilərinin artıq əməliyyata başladığını da deyir.
Qeyd edək ki, ötən həftə terror qruplaşması Bağdadda ard-arda iki hücum həyata keçirib. Nəticədə 70 nəfər həyatını itirib, 100-dən çox adam da yaralanıb. Hər iki hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.