”Azadlığa olan MƏSAFƏ”

‘‘Vətəndaş məsuliyyəti qalan insanların yaşadıqları, keçdikləri prosesi göstərəcəyik’’

Source:

Siyasi məhbuslar və onların mübarizə apardıqları ideyaları arasındakı məsafə nə qədərdir?

Hüquq müdafiəçisi Rəsul Cəfərovun həbsi ilə yarımçıq qalmış “Məsafə” layihəsi, fotoqraf Jahangir Yusifin də iştirakı ilə birlikdə bərpa edilib. Bu barədə Meydan TV-yə Jahangir Yusif məlumat verib. Bildirib ki, Rəsul Cəfərov rəhbəri olduğu layihəni həbsdən çıxdıqdan sonra yenidən həyata keçirməklə bağlı fəaliyyətə başlayıb: “2016-cı ilin yazından lahiyə üzərində iş başladı. Çəkilişlər və digər əlaqəli proseslər oktyabrdan yekunlaşdı”.

“Layihə, Azərbaycanda siyasi fəaliyyətindən dolayı repressiya ilə üzləşmiş, həbs edilmiş siyasi məhbuslar və onların ailə üzvlərinin yaşadıqlarından bəhs edir. Hətta layihədə azadlığa çıxanlar, onların ailə üzvlərinin yaşadıqları da əksini tapıb”.

J. Yusif deyir ki, “Məsafə” avtoritar, qapalı cəmiyyət ilə azad, sivil toplum arasındakı mübarizəni ifadə edir. Layihə, bu mübarizəni aparan, siyasi kimliklərindən və vətəndaş məsuliyyətindən imtina etməmiş insanların yaşadıqları, keçdikləri prosesi göstərir:

“Bu ağır prosesdə siyasi məhbuslar və onların uğrunda mübarizə apardıqları ideyalar arasındakı məsafəni, öz doğmaları ilə üzləşdikləri repressiyalardan dolayı yaşadıqları məsafəni təmsil edir”.

Hüquq müdafiəçisi Rəsul Cəfərov 2014-cü ilin avqustunda həbs edilmişdi. 2016-cı il martın 18-də azadlığa çıxıb.

Nurcahan Əbilova (Ana və Ramin Əhədov), həbsdəki bloqqer Əbdül Əbilovun anası və qardaşı, 22 noyabr 2013-cü ildən həbsdədir
Nurcahan Əbilova (Ana və Ramin Əhədov), həbsdəki bloqqer Əbdül Əbilovun anası və qardaşı, 22 noyabr 2013-cü ildən həbsdədir
Atlas Rüstəmzadə (ana), Türkan Rüstəmzadə (bacı), Bəkir Rüstəmzadə (ata), NİDA hərəkatının üzvü İlkin Rüstəmzadə 17 may 2013-dən həbsdədir
Atlas Rüstəmzadə (ana), Türkan Rüstəmzadə (bacı), Bəkir Rüstəmzadə (ata), NİDA hərəkatının üzvü İlkin Rüstəmzadə 17 may 2013-dən həbsdədir
Aslan (oğul), Könül (həyat yoldaşı) və Zəhra (qızı), Rəşad Ramazanov bloqqer, 9 may 2013-dən həbsdədir
Aslan (oğul), Könül (həyat yoldaşı) və Zəhra (qızı), Rəşad Ramazanov bloqqer, 9 may 2013-dən həbsdədir
Rəşadət Axundov, NİDA hərəkatının idarə heyəti üzvü, 3 il həbsdə olub
Rəşadət Axundov, NİDA hərəkatının idarə heyəti üzvü, 3 il həbsdə olub
Məşğul Həzi (ata), jurnalist Seymur Həzi 28 avqust 2014-dən həbsdədir
Məşğul Həzi (ata), jurnalist Seymur Həzi 28 avqust 2014-dən həbsdədir
Şura Əmiraslanova (ana), gənc aktivist Qiyas İbrahimov 12 may 2016-cı ildən həbsdədir
Şura Əmiraslanova (ana), gənc aktivist Qiyas İbrahimov 12 may 2016-cı ildən həbsdədir
Atlas Rüstəmzadə (ana), NİDA hərəkatının üzvü İlkin Rüstəmzadə 17 may 2013-dən həbsdədir
Atlas Rüstəmzadə (ana), NİDA hərəkatının üzvü İlkin Rüstəmzadə 17 may 2013-dən həbsdədir
Ana səhifəFotoreportaj”Azadlığa olan MƏSAFƏ”