Azərbaycanda əhalinin növbəti siyahıya alınması 2019-cu il oktyabrın 1-dən 10-na kimi həyata keçiriləcək.
Prezident İlham Əliyev sentyabrın 7-də bununla bağlı fərman imzalayıb.
Fərmanla əhalinin siyahıya alınması ilə bağlı hazırlıq işlərinin görülməsi, onun keçirilməsi, yekunlarının işlənilməsi və nəticələrinin dərc edilərək yayılması Dövlət Statistika Komitəsinə həvalə edilib.
Nazirlər Kabineti isə siyahıya almaya hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etməlidir.
Azərbaycanda əhalinin siyahıya alınması hər 10 ildən bir keçirilir.
Sonuncu dəfə siyahıya alma 2009-cu ildə olub. Bu il iyulun 1-nə olan məlumata görə, Azərbaycan əhalisinin sayı 9 milyon 755 min 500 nəfərə yaxındır.
Bu yazı 8 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 7 Sentyabr 2016 23:45