Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Romen Nadal bu barədə danışıb
”ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın vaxtlarda regiona səfər edəcəklər”
RIA “Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Romen Nadal deyib.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan isə özünün “ twitter” səhifəsində həmsədrlərin aprelin 9-da İrəvanda olacaqlarını yazıb.
Onun sözlərinə görə, həmsədrlər Ermənistanın prezidenti və xarici işlər naziri ilə görüşlər keçirəcəklər.