BMT Azərbaycanda insan hüquqlarının vəziyyətinə reaksiya verməyə çağırılıb

25 ölkədən ibarət qrup Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı İrlandiya nümayəndəsinin şifahi müraciətini dəstəkləyib

Source:


25 ölkədən ibarət qrup Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı İrlandiya nümayəndəsinin şifahi müraciətini dəstəkləyib

BMT İnsan Hüquqları Şurasının 29-cu sessiyasında 25 ölkədən ibarət qrup Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı İrlandiya nümayəndəsinin şifahi müraciətini dəstəkləyib.

“Turan İA”-nın məlumatına görə, şuranın gündəliyinə daxil edilən birgə bəyanatda vətəndaş cəmiyyətinin fəaliyyəti üçün məhdudiyyətlər, hökuməti tənqid edənlərin həbsi, müstəqil səxslərin, xüsusən hüquq müdafiəçilərinin sıxışdırılmasından narahatlıq ifadə olunub.

Bəyanatda Azərbaycan hakimiyyəti İntiqam Əliyev, Anar Məmmədli, Rəsul Cəfərov, Leyla və Arif Yunuslar, Xədicə İsmayılovanın azadlığa buraxılmasına çağırılır.

Beynəlxalq forumda Azərbaycandakı vəziyyətə bu cür diqqət narahatlığın dərəcəsinin göstəricisidir  və Avropa Oyunlarının keçirildiyi ölkədə insan hüquqlarının vəziyyətinin ağır olmasından xəbər verir.

Bu bəyanatı BMT İşgəncələr Əleyhinə Komitənin iştirakı il Beynəlxalq Hüquq Müdafiə Təşkilatları Federasiyası tərəfindən qəbul edilib.

Əgər Azərbaycan hakimiyyəti bu çağırışlara məhəl qoymasa, Beynəlxalq Federasiya (FIDH) BMT İnsan Hüquqları Şurasını 2015-ci ilin sentyabrında keçiriləcək 30-cu sessiyasında Azərbaycan insan hüquqlarının vəziyyəti üzrə monitorinq mexanizmini müəyyən edən qətmnamənin qəbuluna çağıracaq.

Ana səhifəXəbərlərBMT Azərbaycanda insan hüquqlarının vəziyyətinə reaksiya verməyə çağırılıb