Emin Millinin Xədicə İsmayılın həbsi ilə bağlı bəyanatı

Tural Mustafayevin Xədicə İsmayılovanın təkidi və ya təklifi ilə işindən azad edilməsi ehtimalı ola bilməz.

Source:

Meydan TV-nin icraçı direktoru olaraq bildirirəm ki, Tural Mustafayev adlı şəxs 2014-cü ilin yanvar, fevral və mart aylarında Meydan TV-də reportyor kimi fəaliyyət göstərib. Meydan TV ilə əməkdaşlıq etdiyi aylarda işinə laqeyd yanaşdığı, verilən tapşırıqları lazımınca yerinə yetirmədiyi, dəfələrlə iş etikasını pozduğu, həmçinin psixoloji baxımdan qeyri-adekvat addımlarına  görə Meydan TV-dəki işindən uzaqlaşdırılıb. Mənim onun Xədicə İsmayılova ilə hər hansı münasibətlərindən xəbərim olmayıb. Xədicə İsmayılova ilə Tural Mustafayev barədə heç bir söhbətim olmayıb. Xədicə İsmayılova Meydan TV-də heç bir vəzifə, heç bir səlayiyyət sahibi olmayıb, onun Meydan TV-nin hər hansı siyasətinə, qərarlarına, o cümlədən kadr siyasətinə heç bir təsir imkanları olmayıb. Tural Mustafayevin Xədicə İsmayılovanın təkidi və ya təklifi ilə işindən azad edilməsi ehtimalı ola bilməz.

Emin Milli (Abdullayev)

06.12.2014

Ana səhifə ▸ Xəbərlər ▸ Emin Millinin Xədicə İsmayılın həbsi ilə bağlı bəyanatı