Neft Emalı Zavodu söküləcək

Müəssisənin modernləşdirilməsi nəzərdə tutulur

Source:


Müəssisənin modernləşdirilməsi nəzərdə tutulur

H.Əliyev adına Neft Emalı Zavodunun genişləndirilməsi ilə əlaqədar “Azərneftyağ” (yağ və sürtkü istehsal edir) söküləcək. Bunu jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, proses 2017-ci ildə başlayacaq. Çünki H.Əliyev adına NEZ-də  7-8 yeni qurğu 2018-ci ildə istismara veriləcək.

“Azərneftyağ” XIX əsrin 80-ci illərindən fəaliyyət göstərir. O vaxtdan zavod dəfələrlə modernləşdirilib. Son illər burda ildə 1 mln ton neft emal edilir. H.Əliyev adına NEZ-in gücü bundan 5 dəfə çoxdur.

Ana səhifəXəbərlərNeft Emalı Zavodu söküləcək