“Azərbaycan hakimiyyəti Kremlin xahişiylə siyasi qərar qəbul edib”

“Rəsmi hakimiyyətin bunu xalqın qərarı kimi təqdim etməyə çalışması çox üzücüdür: guya biletlər alınmır, insanlar konsertə getmək istəmir – bu, yalandır”

Source:


“Rəsmi hakimiyyətin bunu xalqın qərarı kimi təqdim etməyə çalışması çox üzücüdür: guya biletlər alınmır, insanlar konsertə getmək istəmir – bu, yalandır”

Məşhur Rusiyalı rok-musiqiçi, “Maşina Vremeni” qrupunun lideri Andrey Makareviç rəsmi Bakını onun Azərbaycandakı konsertlərini ləğv etdiyinə görə pisləyib. “Exo Moskvı” radiosuna müsahibəsində o qeyd edib ki, bu, hakimiyyətin Kremlin xahişi ilə qəbul etdiyi siyasi qərar idi.

“Ən çox məni Bakı şəhəri məyus etdi, çünki indi Belarusda da, Riqada

da, Moldovada da konsert vermişik. Və hamısı möhtəşəm keçib. Moskva Bakıdan xahiş etdikdə onun indi Moskva ilə arasını korlamaq istəməməsi çox qəribədir. Əslində başqa bir ölkədir. Rəsmi hakimiyyətin bunu xalqın qərarı kimi təqdim etməyə çalışması çox üzücüdür: guya biletlər alınmır, insanlar konsertə getmək istəmir – bu, yalandır. İnsanlar aldıqları biletləri geri qaytarmalıdırlar. Odur ki, bu, həm də insanlara qarşı hörmətsizlikdir”,-  deyə musiqiçi bildirib.

Bakıda Makareviçin konserti oktyabrın sonlarında keçirilməli idi.

Andrey Makareviç Krımın ilhaqını və Ukraynaya qarşı təcavüzü dəstəkləmədikdən sonra Kremlin gözündən düşüb. Buna görə onu Rusiya düşməni adlandırıblar və bütün ad və mükafatlardan məhrum etməyi təklif ediblər. Rusiyada hakimiyyət onun konsertlərinə hər yolla mane olur və onu telekanallara çıxışdan məhrum edib.

Ana səhifəXəbərlər“Azərbaycan hakimiyyəti Kremlin xahişiylə siyasi qərar qəbul edib”