Sebastyan Kurts: “İnsan haqları ilə bağlı müzakirə çox gərgin keçdi”

Nazirlərin mətbuat konfransında yalnız hökumətyönümlü jurnalistlərin sual verməsinə imkan yaradılıb

Source:


Nazirlərin mətbuat konfransında yalnız hökumətyönümlü jurnalistlərin sual verməsinə imkan yaradılıb

Sentyabrın 11-də  xarici işlər naziri Elmar Məmmədyarov avstriyalı həmkarı Sebastyan Kurtsla birgə  mətbuat konfransı keçirib.

E. Məmmədyarov bildirib ki, görüşdə iki ölkə arasında siyasi-iqtisadi münasibətlər müzakirə olunub, o cümlədən Dağlıq Qarabağ münaqişəsi barədə danışılıb.

Nazir  Azərbaycanın ərazi bütövlüyünü tanıyan dövlətlərin bəzi məmurları, deputatları və jurnalistləri tərəfindən vaxtaşırı separatçı rejimi dəstəkləyən fikir və addımlardan da danışıb.

“Təəssüf ki, bir sıra məsələlərdə Azərbaycana qarşı ikili standart görürük. Bu ikili standart Qarabağ münaqişəsinin də ədalətli həllinə mane olur”, – deyə o bildirib.

Avstriyalı nazir də   ölkəsinin Azərbaycanla münasibətlərə önəm verdiyini  vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanla siyasi və iqtisadi yaxınlaşma Avropa İttifaqı çərçivəsində də böyük əhəmiyyət daşıyır.

Hər iki nazir jurnalistlərin suallarını cavablandırıblar.

Avstriyalı jurnalist Yutta Bauerin Azərbaycana gəlməsi üçün viza ala bilməməsinin səbəbi barədə suala cavab verən nazir E. Məmmədyarov qeyd edib ki,  Avstriya Azərbaycanın ərazi bütövlüyünü tanıyan ölkələr sırasındadır: “Qanunun aliliyi, beynəlxalq hüquqa hörmət bu məsələdə böyük əhəmiyyət daşıyır”.

Öz növbəsində Avstriyanın xarici işlər naziri S. Kurts qeyd edib ki, Azərbaycanın işğal edilmiş ərazilərinə onun ölkəsinin jurnalistinin səfəri qanunsuz idi.

“Mən Azərbaycan tərəfinin narahatlığını anlayıram. Onu da başa düşürəm ki, jurnalistlərin əsas vəzifəsi həqiqətləri yazmaqdır”.

“Azadlıq” radiosunun məlumatına görə,

S.Kurts


Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşlərdə Azərbaycanda insan haqlarının durumunu müzakirə edib. Prezidentlə görüşdə o, Azərbaycanın insan haqları ilə bağlı təcrübəsinin yaxşılaşdırmasının vacibliyini vurğulayıb.

“Xarici işlər naziri ilə daha ətraflı müzakirəmiz oldu. Mən ona Azərbaycanda siyasi məhbusların siyahısını təqdim etdim. İnsan haqları ilə bağlı müzakirə çox gərgin keçdi”, – deyə nazir Kurts fikrini yekunlaşdırıb.

Görüşdən sonra keçirilən mətbuat konfransında yalnız hökumətyönümlü jurnalistlərin sual verməsinə imkan yaradılıb və Azərbaycan mətbuatının nümayəndələri avstriyalı naziri öz ölkəsində insan haqlarının pozulması və Avropanın ikili standartları ilə bağlı sual atəşinə tutublar.

Ana səhifəXəbərlərSebastyan Kurts: “İnsan haqları ilə bağlı müzakirə çox gərgin keçdi”