İntiqam Əliyev 8 nəfərlik qapalı otaqda saxlanılır

“İki balaca nəfəskeş var, onlar açıqdır, amma onlara da tor salınmayıb deyə kamera ağcaqanadla doludur, buna görə də yata bilmirlər”

Source:


“İki balaca nəfəskeş var, onlar açıqdır, amma onlara da tor salınmayıb deyə kamera ağcaqanadla doludur, buna görə də yata bilmirlər.

Avqustun 8-də həbs edilən “Hüquq Maarifçiliyi Cəmiyyəti”nin sədri  İntiqam Əliyev hələ də karantində saxlanır. Karantin dedikləri yer isə cərimə təcridxanasında kiçik bir otaqdır: “Otaqda 8 nəfər, hamısı da siqaret çəkir. Amma siqaret çəkmək üçün eyvan, pəncərə nəzərdə tutulmayıb. Kameranın qapısındakı pəncərə gün ərzində açıq qalmalı olsa da, bağlı saxlanılır”.

Bu barədə məlumat tanınmış hüquqşünasın vəkili Anar Qasımlı yayıb. Onun sözlərinə görə, otaqda temperatur çox yüksəkdir və bütün gün məhbusların hamısı qan-tər içində olurlar: “Hamam və normal tualet də yoxdur. Gündə 2 dəfə 1 saat ərzində su verilir. Günün qalan hissəsi 8 nəfər bir “baçok” suyun ümidinə qalır. Ən dəhşətlisi otaq havalanmır. İki balaca nəfəslik (fortoçka) var, onlar açıqdır, amma onlara da tor salınmayıb deyə kamera ağcaqanadla doludur, buna görə də yata bilmirlər. Nəhayət, İntiqam müəllim bu müddət ərzində bir dəfə də açıq havaya çıxarılmayıb”.

Ana səhifəXəbərlərİntiqam Əliyev 8 nəfərlik qapalı otaqda saxlanılır