“Həbs olunanlar azadlığa buraxılmalıdır”

AŞ komissarı: “Azərbaycan öhdəliklərinə – ifadə, toplaşma və birləşmə azadlığına əməl etmir”

Source:


AŞ komissarı: “Azərbaycan öhdəliklərinə – ifadə, toplaşma və  birləşmə azadlığına əməl etmir”

Avropa Şurası insan haqları komissarı Nils Muyjnieks bəyanatla çıxış edərək Azərbaycanda vətəndaş cəmiyyəti fəallarına son təzyiqləri pisləyib.

“Turan İA məlumat verir ki, Nils Muyjnieks bəyanatında Rəsul Cəfərovun həbsi və Emin Hüseynovun ölkədən çıxışına qadağa qoyulmasını Azərbaycanda hüquq müdafiəçilərinin düşdükləri ağır şərait kimi qiymətləndirib.

“Bu ölkədə vətəndaş cəmiyyəti cinayət təqibləri yolu ilə təzyiqlərə məruz qalır” – bəyanatda deyilir.

Onun sözlərinə görə, bu faktlar hüquq müdafiəçisi Leyla Yunusun həbsindən və onun həyat yoldaşı Aruf Yunusa qarşı cinayət təqiblərindən sonra baş verib.

“Azərbaycan öz beynəlxalq öhdəliklərinə – ifadə, toplaşma və  birləşmə azadlığına əməl etmir. Hakimiyyət vəziyyəti yaxşılığa doğru dəyişməlidir və ilk növbədə ifadə azadlığına görə həbs olunanlar azadlığa buraxılmalıdır” – cənab Nils bildirib.

Muyjnieks bu məsələləri Azərbaycan hökumətinin qarşısında qaldırdığını və ölkədə insan hüquqlarının vəziyyəti ilə bağlı narahat olduğunu bildirib.

Ana səhifəXəbərlər“Həbs olunanlar azadlığa buraxılmalıdır”