Eşton və Füledən yeni bəyanat

“Bakı şüurlu və metodik şəkildə vətəndaş cəmiyyətini boğur”

Source:


“Bakı şüurlu və metodik şəkildə vətəndaş cəmiyyətini boğur”

Avqustun 6-da Avropa İttifaqının xarici siyasət üzrə komissarı Ketrin Eşon və Genişlənmə üzrə komissar Ştefan Füle Azərbaycanda vətəndaş cəmiyyətinin təqibini pisləyən növbəti bəyanat yayıb.

Avropa komissarlarının mətbuat xidmətlərinin yaydığı bəyanatda deyilir: “Biz narahatlıqla Azərbaycanda növbəti məşhur hüquq müdafiəçisi Rəsul Cəfərovun həbs edildiyini qeyd edirik. O, bu il fevralın 12-də qanuna edilmiş düzəlişlər əsasında məsuliyyətə cəlb edilib. Biz bu düzəlişlərlə bağlı narahatlığımızı bildirmişdik”.

Leyla Yunusun və onun həyat yoldaşı Arif Yunusun həbsindən dərhal sonra Rəsul Cəfərovun həbsi hakimiyyətin Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyət sahəsini şüurlu və metodik şəkildə daraltdığı barədə təəssüratı gücləndirir” – deyə bəyanatda bildirilir.

Bəyanatda daha sonra bildirilir: “Biz həmçinin Dağlıq Qarabağ ətrafında vəziyyətin gərginləşməsindən narahatıq və hesab edirik ki, vətəndaş cəmiyyəti münaqişələr zamanı vətəndaşların əsas hüquqlarının müdafiəsində mühüm rol oynayır. Biz Azərbaycan hakimiyyətini ölkənin üzvü olduğu Avropa Şurasının standartlarına riayət etməyə çağırırıq. Biz həmçinin hakimiyyəti vətəndaş cəmiyyətinə qarşı siyasətə yenidən baxmağa çağırırıq” (Turan İA).

Ana səhifəXəbərlərEşton və Füledən yeni bəyanat