İsa Qəmbər və Əli Kərimli cəbhədəki son olaylardan danışdı

Müsavat başqanı: “Ölkə başçısı, Ali baş komandan hardadır? Mövqeyi, münasibəti belə məlum deyil”
AXCP sədri: ““Regionun lider dövləti” niyə susur?”

Source:


M


ü


savat ba


ş


qan


ı


: “


Ö


lk


ə


ba


şçı


s


ı


, Ali ba


ş


komandan hardad


ı


r? M


ö


vqeyi, m


ü


nasib


ə


ti



bel


ə


m


ə


lum deyil




AXCP s


ə


dri: ”





Regionun lider d


ö


vl


ə


ti





niy


ə


susur?

Son 3-4 gündə Ermənistan ordusunun atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun 10-dan çox hərbçisi şəhid olub. Hazırda cəbhə bölgəsində vəziyyət gərgin olarraq qalır.

Meydan TV müxalifət partiyalarının liderlərinin baş verənlərlə bağlı mediada səsləndirdikləri mövqelərini təqdim edir.

Müsavat Partiyasının başqanı İsa Qəmbər “Yeni Müsavat” qəzetinin “Baş verən hadisələrdə Azərbaycan iqtidarını və müdafiə nazirliyini necə gördünüz? Hazırdırlarmı?” sualına cavab verib ki, indi hadisələrin bu məqamında təfərrüata getmək istəməzdi: “Ancaq informasiya boşluğu, dalbadal itkilər, təəssüf ki, müsbət cavab üçün heç bir əsas vermir. Ölkə başçısı, Ali baş komandan hardadır? Mövqeyi, münasibəti  belə məlum deyil.  İqtidar mediasının reaksiyası tam bir çaşqınlıqdan xəbər verir. Bəs, iri masştablı müharibə, döyüş əməliyyatları başlasa necə olacaq?”.

“Bəs, xalq, cəmiyyət? Hazırıqmı qəfil müharibəyə?” sualına İsa Qəmbər belə cavab verib: “Açığı, cəmiyyətin münasibəti məni sevindirdi. Axı deyirdilər guya xalq Qarabağ məsələsinə laqeyddir. Mən onsuz da bu fikri qəbul etməsəm, xalqımıza tam inansam da xalqın bu reaksiyası mənə gələcəyə daha nikbin baxmağa əsas verdi.  Rəhbərlikdən fərqli olaraq  cəmiyyətdə özünü itirmə əlaməti belə yoxdur. Xalq düşmənə cavab verilməsini tələb edir və bunun üçün döyüşməyə hazır olduğunu ifadə edir. Xalq vətəni azad etməyə hazırdır”.

Müsavat başqanı hakimiyyətə mesajlarını da səsləndirib.

“Hakimiyyət ağlını başına yığmalıdır. Daxildə xalqa, demokratik müxalifətə qarşı müharibəni dayandırmalıdır. Heç olmazsa, ermənilərlə bağladığı atəşkəsi daxili rəqib hesab etdiyi qüvvələrlə də bağlamalıdır. Repressiyalara son qoymalıdır. Repressiya qurbanlarını, siyasi, vicdan məhbuslarını dərhal azad etməlidir. Mili barışıq bərqərar olunmalıdır. Başa düşməlidirlər ki, daxildə bu vəziyyət yalnız düşmənə xidmət edir” – deyə o, fikrini yekunlaşdırıb.

AXCP sədri Əli Kərimli isə öz Facebook səhifəsində

cəbhədə baş verən son hadisələrə münasibət bildirib.

Əli Kərimli bildirib: “11 əsgərimiz şəhid oldu. Allah onlara rəhmət eləsin, ailələrinə səbr versin. Təəssüf ki, son vaxtlar cəbhədə atəşkəsin pozulması halları artıb. Erməni tərəfin bu həyasız hücumunun arxasında bütövlükdə regionu təsiri altına salmaq istəyən dövlətin kölgəsi çox aydın görünür. Əks halda haradandır Ermənistanda bu cəsarət?”.

AXCP sədri hazırda 2 sual üzərində düşündüyünü yazıb: “Birinci,  Ermənistanın sərhədlərimizi bu şəkildə pozması, ərazilərimizə hərbi müdaxiləsi niyə hökumət tərəfindən beynəlxalq ictimaiyyətin müzakirəsinə çıxarılmır? Niyə atəşkəsi pozan tərəfə – Ermənistana qarşı beynəlxaq səviyyədə ictimai təzyiq, onun bu hərəkətinin pislənilməsi təşkil olunmur? “Regionun lider dövləti” niyə susur? Bəlkə bu yolla ictimaiyyəti atəşkəsin daimi pozulmasına, hərbi əməliyyatların ciddi şəkildə bərpa olunmasına hazırlayırlar? İkinci,  Hərbidən az-çox təsəvvürü olan adamlar bilir ki, illər ərzində möhkəmlənmiş müdafiə mövqeyinə hücum edib, 11 nəfəri öldürə bilmək üçün düşmən ciddi qüvvə ilə hərəkətə keçməli və müdafiədə olanlardan azı 3-4 dəfə artıq itki verməli idi. Əlbəttə, əgər bizim müdafiənin təşkilində ciddi səhvlərimiz olmayıbsa. Ermənistan bu əməliyyatlarda 30-40 nəfər əsgər itiribmi? Ermənistan ordusu 30 nəfərin ətrafında itki versəydi, matəm elan edərdilər. Orada matəm elan olunubmu?».

Əli Kərimli hökumətin xalqa izahat verməsinin vacibliyini qeyd edib.

Ana səhifəXəbərlərİsa Qəmbər və Əli Kərimli cəbhədəki son olaylardan danışdı