Böyük Britaniya XİN-in Leyla Yunus açıqlaması

“Bu ittihamlar Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyətinə artan təzyiq tendensiyalarının əlavə təsdiqdir”

Source:


“Bu ittihamlar Az


ə


rbaycanda v


ə


t


ə


nda


ş


c


ə


miyy


ə


tinin f


ə


aliyy


ə


tin


ə


artan t


ə


zyiq tendensiyalar


ı


n


ı


n


ə


lav


ə


t


ə


sdiqdir”

Böyük Britanıyanın Xarici İşlər Nazirlyi azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunusun həbsindən narahatdır.

Məlumatı Britaniya Xarici İşlər Ofisinin mətbuat xidməti yayıb.

“Bu ittihamlar Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyətinə artan təzyiq tendensiyalarının əlavə təsdiqdir.  Xalq diplomatiyası və sülhün davamlılığı əmin-amanlığın əsas elementləridir. Azərbaycanın hakimiyyət orqanları Leyla Yunusun şəxsi sağlamlıq məsələlərindən xəbərdar olmalıdır. Adekvat olaraq tibbi qayğı və saxlanma şəraiti də təmin olunmalıdır ki , bu da mühüm əhəmiyyət əhəmiyyət kəsb edir” – mətbuat xidmətinin xəbərində belə yazılır.

Böyük Britaniya Azərbaycan hakimiyyətini Yunusun ədalətli mühakimə hüququnu Azərbaycanın beynəlxalq öhdəlikləri çərçivəsində təmin etməyə çağırır (contact.az).

Ana səhifəXəbərlərBöyük Britaniya XİN-in Leyla Yunus açıqlaması