Sabahdan köşklərdə “ Azadlıq” olmayacaq

Qəzet bu gündən çapını dayandırıb

Source:



Qəzet bu gündən çapını dayandırıb

“Azadlıq” qəzeti bu gündən nəşrini dayandırıb.  Bu barədə Meydan TV-yə qəzetin redaktoru Rahim Hacıyev məlumat verib. O deyib ki, qəzetin bağlanmasına səbəb “Azərbaycan” Nəşriyyatına 20 min manat borclarının olmasıdır. “Bu ilin mayında nəşriyyat bizə xəbərdarlıq etmişdi, amma həmin məbləği ödəyə bilmədik. Bu gün qəzetin çapı dayandırılıb”.



Rahim Hacıyev bildirib ki, “Qasid” yayım firması qəzetə olan 70 min manat borcunu hələ də qaytarmayıb. Redaktor qəzetin nə vaxt çapını bərpa edəcəyini bilmədiyini qeyd edib.


Ana səhifəXəbərlərSabahdan köşklərdə “ Azadlıq” olmayacaq