ABŞ səfiri ATƏT koordinatorunu utandırıb

“Mən sizin iki fotonuzu gördüm, biri prezident Əliyevlə, digəri xarici işlər naziri ilə. Lakin vətəndaş cəmiyyəti ilə fotonuzu görmədim, axı sizin şefiniz Azərbaycan hökuməti deyil”

Source:


“M


ə


n sizin iki fotonuzu g


ö


rd


ü


m, biri prezident


Ə


liyevl


ə


, dig


ə


ri xarici i


ş


l


ə


r naziri il


ə


. Lakin v


ə


t


ə


nda


ş


c


ə


miyy


ə


ti il


ə


fotonuzu g


ö


rm


ə


dim, ax


ı s


izin


ş


efiniz Az


ə


rbaycan h


ö


kum


ə


ti deyil”

ABŞ Azərbaycan hökumətini ATƏT layihələri koordinatorunun işinin bütün istiqamətlərdə asanlaşdırılmasına çağırır. Bu fikir ötən həftə Vyanada ATƏT-in Daimi Şurasının iclasında səslənib.

Bakıda ATƏT layihələrinin koordinatoruna isə “vətəndaş cəmiyyəti ilə dialoqun dəstəklənməsi üçün səylərin ikiqat artırılması, qanunun aliliyinə, demokratik seçkilərə, əsas insan hüquq və azadlıqlarına hörmətlə yanaşılmasına riayət edilməsi tövsiyə olunur”.  “Turan İA”-ın Vaşinqton müxbiri diplomatik mənbələrə istinadən bildirib.

ABŞ-ın mövqeyini Vaşinqtonun ATƏT-dəki nümayəndəsi səfir Daniel Baer açıqlayıb. Ondan əvvəl ATƏT-in Bakıdakı layihələrinin koordinatoru Aleksis Şahtaxtinski məruzə ilə çıxış edib.

D.Baer A.Şahtaxtinskini Azərbaycanda vətəndaş cəmiyyəti ilə əlaqələr qurmaq üçün real səylər göstərməyə çağırıb.

“Mən sizin iki fotonuzu gördüm, biri prezident Əliyevlə, digəri xarici işlər naziri ilə. Lakin vətəndaş cəmiyyəti ilə fotonuzu görmədim. Sadəcə, sizə xatrlatmaq istərdim ki, sizin çalışdığınız ölkələrin hökumətləri ilə məsləhətləşmələriniz sözsüz ki, işinizin mühüm hissəsidir. Ancaq siz bizim hamımız üçün işləyirsiniz və siz bu qurumun əsasını təşkil edən prinsiplər üzrə çalışırsınız. Sizin şefiniz Azərbaycan hökuməti deyil” – deyə Baer vurğulayıb.

Azərbaycan beynəlxalq arenada öz üzərinə böyük məsuliyyət götürməyə can atır. ABŞ ATƏT-in vasitəsilə “insan hüquq və azadlıqlarının müdafiəsi, ölkədə demokratiyanın inkişafı məqsədilə” Bakı ilə əməkdaşlığa sadiqdir” – o, belə deyib.

D.Baer xatırladıb ki, ATƏT layihələrinin koordinatoru  ATƏT prinsiplərinin dəstəklənməsi üçün Azərbaycan xalqı və hökuməti ilə iş üzrə xüsusi məsuliyyət daşıyır. Bu, ilk növbədə insan hüquq və azadlıqlarına, vətəndaş cəmiyyəti ilə güclü əlaqələrin dəstəklənməsinə aiddir.

O, daha sonra deyib: “Daimi Komitənin 1092 saylı qərarı ilə ATƏT layihələrinin koordinatorunun mandatı ofisi vətəndaş cəmiyyəti ilə əlaqələri dəstəkləməyə çağırır, o cümlədən konkret layihələrdən kənar əlaqələri. Biz sizi ATƏT-in fəaliyyətinin məhdudlaşdırılması cəhdlərini nəzərə alaraq öz mandatınıza riayət etməyə çağırırıq. Bu, əsasən layihələrin təsdiqlənməsi prosedurunun sərtləşdirilməsi fonunda baş verir. Bütün bunlar ATƏT-in Azərbaycana lazımi dəstək göstərməsinə mane olur ki, bu da yolverilməzdir”.

Diplomat  Azərbaycan hökumətinin müstəqil KİV, QHT və vətəndaş cəmiyyəti fəallarına təzyiqləri davam etdirdiyini nəzərə alaraq Vaşinqtonun bu cür hallarla bağlı narahatlığını da bildirib.

 Onun sözlərinə gör, ABŞ əvvəlkitək martda müxalifət liderləri İlqar Məmmədov və Tofiq Yaqublunun, mayda QHT rəhbəri Anar Məmmədlinin həbsindən narahatdır: “Biz Sülh və Demokrariya İnstitutunun direktoru Leyla Yunus, onun həyat yoldaşı Arif Yunus və jurnalist Rauf Mirqədirova qarşı cinayət işindən narahatıq. Onlar xalq diplomatiyası üzrə layihələrə cəlb olunublar. Facebook fəalları Elsevər Mürsəlli, Abdul Əbilov və Ömər Məmmədovun narkotik maddə saxlamaq kimi şübhəli ittihamlarla tutulması korrupsiya və insan hüquqlarının pozulmasına görə hökuməti tənqid etmələrinə cavabdır. Bütün bunlar Azərbaycanda öz fikrini söyləmək hüququnun vəziyyəti barədə həyəcan siqnalıdır. Nəhayət, bu yaxınlarda Gəncədən QHT lideri Həsən Hüseynli uydurma ittihamla mühakimə edilib. Bu, öz hüquq və azadlıqlarını həyata keçirmək istəyənlərin təqib edilməsi üzrə daha bir həyəcanlı mənzərəyə nümunədir”.

Xatırladaq ki, ötən il Azərbaycan hökuməti  ATƏT ofisinin mandatının layihələrin koordinatoru səviyyəsinə endirilməsini tələb edib. Halbuki, Vaşinqton bunu etməməyə çağırmışdı.

Fransalı diplomat Aleksis Şahtaxtinski ATƏT layihələrinin koordinatoru təyin edilib və 2014-cü il martın 1-dən bu postda çalışır.

Ana səhifəXəbərlərABŞ səfiri ATƏT koordinatorunu utandırıb