“Turan” İA-nin ekspertləri Muxtar Respublikanın açıqladığı rəqəmlərə şübhə ilə yanaşır
Naxçıvan MR-da 1 iyul üçün 1 mlrd 14,09 mln manatlıq ÜDM istehsal (ötən illə müqayisədə +2,4 faiz) edilib.
Tam dotasiya ilə işləyən Naxçıvan MR-nın Dövlət Statistika Komitəsinə verdiyi görə, adambaşına ÜDM həcmi I yarımildə 2 min 323,8 manat (il ərzində + 2,3 faiz) olub. ÜDM strukturunda sənaye 31,5 faiz, tikinti 22,8 faiz paya malik olub.
Sənaye istehsalı əsasən özəl sektorda olub – 471,58 mln manatın 438,91 mln-u onun payına düşür. Əsas kapitala investisiyalar 516,28 mln manat təşkil edib. İllik artım 1,6 dəfədir.
“Turan” İA-nin ekspertləri məlumatı təhlil ediblər. Agentliyin bildirdiyinə görə, pərakəndə ticarət dövriyyəsi I yarımildə 24 faiz, əhalinin pul gəlirləri 3,4 faiz, orta əmək haqqı 2,1 faiz artıb.
Banklar və kredit təşkilatları yanvar-iyunda 2 mln 233,8 min manat kredit verib. Bu, ötən ilin eyni dövründəkindən 2,3 dəfə çoxdur. “Nominal olaraq, muxtariyyətdə 420 min nəfər yaşayır. Deməli, adambaşına 5 manat kredit düşür. Hətta ən kasıb Asiya və Afrika ölkələrində belə rəqəmlər yoxdur. Belə çıxır ki, əhalinin dörddə biri də burda yaşamır. Onlar Vasif Talıbovun əlindən Türkiyə, İran, Rusiyaya, çoxu isə Bakıya və regionlara qaçıb” – deyə “Turan”ın ekspertləri bildirir.
I yarımildə NMR-nın xarici ticarət dövriyyəsi $232,42 mln (+0,9 faiz) olub. İxrac $175,09 mln, idxal $57,331 mln təşkil edib.