Vurulan təyyarədə Azərbaycan vətəndaşı yoxdur

Lakin Malayziya hökuməti 41 sərnişinin şəxsiyyətinin hələ müəyyən olunmadığını bildirib

Source:

Lakin Malayziya hökuməti 41 sərnişinin şəxsiyyətinin hələ müəyyən olunmadığını bildirib

AZAL Bakıdan Kiyevə aviareysləri ləğv etmir. Çünki Azərbaycandan Ukraynaya uçan  təyyarələr hərbi əməliyyat zonasının üzərindən keçmir.

Məlumatı “Azərbaycan Hava Yolları” QSC yayıb.

İyulun 17-də Ukraynanın Donetsk vilayətində “Malaysia Airlines” aviaşirkətinə məxsus, Amsterdam-Kuala-Lumpur marşrutu üzrə uçan “Boeing-777” tipli sərnişin təyyarəsi vurulub. 295 nəfər ölüb. Ukrayna prezidenti bunu terror kimi qiymətləndirir. Bir neçə  beynəlxalq aviaşirkət  Ukraynaya uçuşu dayandırıb.

Azərbaycanın Malayziyadakı səfirliyi  bildirib ki, ilkin məlumata görə, vurulan təyyarədə  Azərbaycan vətəndaşı yoxdur. Lakin Malayziya hökuməti bəyan edib ki, 41 sərnişinin şəxsiyyəti hələ müəyyən olunmayıb, ona görə də səfirlik bu məsələni diqqət mərkəzində saxlayacaq (Turan İA).

Ana səhifəXəbərlərVurulan təyyarədə Azərbaycan vətəndaşı yoxdur