280 sərnişinin olduğu Malayziya təyyarəsi vuruldu (yenilənib)

Terroristlər etiraf etdi

Source:

Terroristlər etiraf etdi

İyulun 17-də saat 16.30-da Ukraynanın

Donetskdən 80 kilometr aralı Snejniy yaşayış massivində “Malayziya hava yolları” şirkətinə məxsus Boeing-777 sərnişin təyyarəsi vurulub.

İçində 280 sərnişin və 15 ekipaj üzvü olan təyyarə Amsterdam – Kuala-Lumpur reysini yerinə yetirirdi.

Rusiyanın İnterfaks və RİTA-SİTA agentlikləri təyyarənin qəzaya uğradığı xəbərini versə də, Euronews və Ukrayna KİV-i təyyarənin Şərqi Ukrayna separatçıları tərəfindən vurulduğunu bəyan edir.

Ukraynanın


unian.net saytı məlumat verir ki,


terrorist İqor Qirkin “elə indicə öz səmamızda təyyarəni vurduq” deyə məlumat verib.

Malayziya mülki təyyarəsinin Donetsk yaxınlığında səmada Rusiyapərəst separatçılar tərəfindən məhv edilməsi Ukraynada  münaqşəni yeni, beynəlxalq səviyyəyə çıxarıb. Hadisə nəticəsində 300-dək adam həlak olub.Rusiyanın silahlandırdığı və Ukraynanın qanuni hökumətinə qarşı döyüşən terrorçuları tərksilah etmək üçün bütün sivil dünya birləşməlidir. Separatçılar “yer-hava” raketi ilə Boinq sərnişin təyyarəsini vurduqdan sonra bu ölkənin prezidenti Pyotr Poroşenko bəyan edib.

Təyyarənin Rusiya separatçıları tərəfindən vurulması radioötürücü, peyk kəşfiyyatı və şahid ifadələri ilə qeydə alınıb. Çox güman ki, bu, Rusiyadan separatçılara verilən HHM-BUK  raket sistemi olub.

Təyyarənin düşdüyü yerə yaraqlılar tərəfindən nəzarət olunur.  Onlar kənar adamları ora buraxmırlar. Müşahidəçilərin fikrincə, hazırda öz cinayətlərin ört-basdır emək üçün qara qutunun axtarışı ilə məşğuldurlar.

İyulun 18-də BMT Təhlükəsizlik Şurasının bu terror aktı ilə bağlı fövqəladə sessiyası olacaq. Ötən gün təyyarənin vurulması Putinlə Obamanın danışıqlarının mövzusu olub. Bundan sonra Putin bildirib ki, təyyarənin vurulmasnda Ukrayna hakimiyyəti günahkardır.

Rusiyalı müxalifətçi Boris Nemtsov Malayziya təyyarəsinin vurulmasını “11 sentyabr miqyaslı terrar aktı” adlandırıb və baş verənlərə görə məsuliyyəti  separatçıların üzərinə qoyub.

Ana səhifəXəbərlər280 sərnişinin olduğu Malayziya təyyarəsi vuruldu (yenilənib)