Gürcüstan Vergilər Departamenti 3 tonluq heroinlə bağlı açıqlama verdi

Source:

“Heroin yükü Gürcüstana Azərbaycandan gəlib”

Gürcüstanın Vergilər Departamenti Gürcüstan-Azərbaycan sərhədində saxlanılan 3 tonluq heroinlə bağlı materialın tərcüməsində etdiyi səhvi düzəldib. Bu barədə “Minval.az” Gürcüstanın “Qruziya online” xəbər portalına istinadən məlumat yayıb.

Xəbərin gürcü və ingilis dillərindəki versiyaları arasındakı fəqr ondan ibarət idi ki, birinci məlumatda saxlanılan yükün Gürcüstana Azərbaycandan, ikincidə isə Ermənistandan gətirildiyi bildirilirdi.

Vergilər Departamenti xəbər verir ki, yanlışlıq aradan qaldırılıb və 3 tonluq heroin yükü Gürcüstana Azərbaycandan gəlib.

Gürcüstan hüquq-mühafizə orqanları hər biri 30 kiloqram maye halında olan heroinlə doldurulmuş 93 qabı müsadirə edib. Araşdırmaların ilkin nəticələrinə görə, müsadirə olunan narkotik maddənin 80 faizi təmiz heroindir və qiyməti yüz milyon ABŞ dolları ilə ölçülür.

Faktla bağlı araşdırmalar davam edir.

Ana səhifəXəbərlərGürcüstan Vergilər Departamenti 3 tonluq heroinlə bağlı açıqlama verdi