2013-cü il korrupsioner ölkələrin siyahısı

Azərbaycan Qafqazın ən rüşvətxor ölkəsi seçildi. Amma…

Source:

 “Transparency International təşkilatı” 2013-cü ilin ən korrupsioner ölkələrin siyahısını dərc edib. Siyahıda 177 ölkə yer alıb. Siyahı azdan-çoxa gedir.


Korrupsiyanı Qavrama İndeksinə görə ən az korrupsiya olan ölkələr


Ölkələr

177 ölkə arasında yeri
Danimarka 1
Yeni Zelandiya 2
Finləndiya 3
isveç 4
Norveç 5
Sinqapur 6
İsveçrə 7
Hollandiya 8
Avstraliya 9
Kanada 10

Siyahıda Azərbaycan və Rusiya 127, Gürcüstan 55, Ermənistan 94, Ukraina 144, Belarusiya 123-cü yerdədir. Göründüyü kimi bu il də Azərbaycan Qafqazın ən rüşvətxor ölkəsi seçildi. Amma heyfslənməyə dəyməz, müsbət mənada irəliləyiş var. Xatırladaq ki, keçən il korrupsiyanın səviyyəsinə görə Azərbaycan 176 ölkə arasında 139-cu olmuşdu.


Korrupsiyanı Qavrama İndeksinə görə Azərbaycanın sərhəd qonşuları arasında yeri


Ölkələr

177 ölkə arasında yeri
Türkiyə 53
Gürcüstan 55
Ermənistan 94
Azərbaycan 127
Rusiya 127
Qazaxıstan 140
İran 144
Türkmənistan 168

Bu siyahıda da Azərbaycan keçən illərə nisbətən qonşuları arasında yaxşı göstərici əldə edib. Keçən il isə ümumilikdə, Azərbaycanın mövqeyi bütün qonşuları arasında yalnız Türkmənistandan yuxarı idi.

Ana səhifəXəbərlər2013-cü il korrupsioner ölkələrin siyahısı