“Azadlıq”la yanaşı digər müxalif yönlü olan “Yeni Müsavat” qəzetinin də satışında problemlər yarandığından dövrüyyəsi günə 8 min 100 nüsxəyə enib. Bu sayın da günə 1500 ədədi “Qasid” mətbuat yayımı şırkəti tərəfindən satılmasına rəğmən, pulu qəzetə ödəmir. Üstəlik “Metroservis” şirkəti də satışdan imtina edib. Nəticədə qəzet aya təxminən 20 min manat pul itirir ki, bu da xərcləri ödəməkdə çətinliklər yaratmağa başlayıb.