Noyabrn 5-də NİDA Vətəndaş Hərəkatının 7 üzvü və Azad Gənclik Təşkilatından olan İlkin Rüstəmzadənin işi izlə ilk hazırlıq məhkəməsi keçirilib. Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmədə açıq keçirilməli olan prosesdə foto və video çəkilişə icazə verilməyib və əksər jurnalistlər zala buraxılmayıblar. Məhkəmə işçiləri tərəfindən Meydan TV-nin əməkdaşına və daha bir neçə jurnalistə təzyiq də olunub.
Məhkəmədə Milli Şuranın lideri Cəmil Həsənli də iştirak edib:
“Bu “Molotov kokteyli” o qədər köhnəlmiş ittihamdır ki, bu vaxtıilə PKK-nın arsenalında olan primitiv sursat olub. Hesab edirəm ki, bu qurama və saxta ittiham tamamilə ifşa olunacaq, gənc dostlarımız yaxın vaxtlarda azad olunacaqlar”.
Bu yazı 11 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 5 Noyabr 2013 21:45