Siyasi məhbusların müdafiə komitələri toplandı

İnsan Haqları Klubunun 142 nəfər təşkil edən siyasi məhbus siyahısında yer alan Yadigar Sadıqov və Taleh Bağırzadənin müdafiə komitələri toplantı keçiriblər. Taleh Bağırzadənin sonuncu məhkəməsində baş vermiş insidentə aydınlıq gətirmək məqsədi ilə keçirilən tədbirdə bildirilib ki, hadisə zamanı 15-ə yaxın şəxsin saxlanıb və polis şöbəsində onlara işgəncələr verilib.

“Müsavat” başqanının müşaviri Yadigar Sadıqovun isə məhkəməsinin 5 noyabrda Lənkəranda keçiriləcəyi bildirilir. Müdafiə Komitəsinin toplantısında onun müdafiəsinin daha effektli təşkili haqda müzakirələr aparılıb.

Ana səhifəVideoSiyasi məhbusların müdafiə komitələri toplandı