İlham Əliyev seçkıdə inzibati resurslardan faydalanır

Son 2005, 2008 və 2010-cu illər prezident və parlament seçkilərində olduğu kimi bu dəfəki seçkilərdə də iqtidar öz namizədinin təşviqatı üçün inzibati resurslardan istifadə edir. Pensiyaların, dövlət müəssisələrində çalışanların maaşarının seçki öncəsi artırılması, seçki ilində müxtəlif layihələrə büdcə vəsaitlərinin xərclənməsinin intensivləşdirilməsi YAP namizədinin təbliğat vasitəsinə çevrilib. İlham Əliyev debatlara və təşviqat prosesinə bir-başa qatılmasa da, hələ də prezidentlik vəzifəsini icra etdiyindən daim televiziyalar onun səfər və görüşlərindən reportajlar verir. Onun rəqibləri isə yalnız 21 gün ərzində həftədə 3 dəfə olmaqla debatlarda pulsuz 6 dəqiqəlik televiziya və radio çıxışlarla kiyafətlənməli oldular.

Ana səhifəVideoİlham Əliyev seçkıdə inzibati resurslardan faydalanır