Avqustun 18-nə keçən gecə, Xəzərin Azərbaycan sektorundakı “Bulla-Dəniz” qaz kondensat yatağında baş verən yanğının hələ də söndürülməməsi səbəbindən yataqda hər gün 3-5 milyon kub metr qaz yanır. Bu da Şahdənizdəkindəkinin gündəlik hasilatından artıqdır. Mütəxəssislər bu hadisənin səhlənkarlıq üzündən baş verdiyini və ölkədəki məsul qurumların belə fövqəladə hallara hazır olmamasını aydın göstərdiyini vurğulayırlar.