Sentyabrın 27-də BAXCP-nin keçirdiyi təbliğat mitinqinə gələnlərin əksəriyyətini məcburi şəkildə gətirilən ali təhsil müəssisələrinin tələbə və pedoqoji heyyəti, müxtəlif idarə və müəssisələrin işçiləri təşkil edirdi. Meydan TV-nin əməkdaşı mitinqdəki vətəndaşlarla söhbət zaman məlum oldu ki, onların çoxu kiminlə görüşə gəldiyini bilmir və bəziləri YAP-ın tədbiri keçirildiyini sanırmış. Onların arasında İlham Əliyevin seçiciləri olduğunu bildirənlər də var idi. Təxminən 5 mindən çox insanın iştirak etdiyini deyən BAXCP-nın sədri Qüdrət Həsənquliyev, bu cür vətəndaşları təxribatçı adlandırıb.