Prezident seçkilərində 21 gün müəyyən edilən təbliğat kampaniyası bir çox namizədlərə bu qısa müddətə özlərini daha yaxşı tanıtmağa imkan vermir. Mərkəzi Seçki Komissiyası da namizədlərə İctimai televiziyanın efirində həftədə 3 dəfə olmaqda keçirilən debatlarda hər birinə pulsuz cəmi 6 dəqiqəlik televiziya, 6 dəqiqəlik isə radio çıxışı imkanı verib. Özəl media qurumları isə təşviqat üçün daha çox vəsait tələb etdiyindən bir çox namizədlər üçün bu fürsət keçərli deyil. Məhdud büdcəyə malik olan namizədlər təbliğat və təşviqat üçün materialları belə lazımi sayda hazırlamaq imkanında deyillər, xüsusən də əgər bu müxalif namizəddirsə. Çünki əksər çap evləri belə sifarişləri ya qəbul etmir, ya da baha yerinə yetirir.
Bu yazı 11 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 6 Oktyabr 2013 23:37
Qısa link: https://storage.googleapis.com/qurium/www.meydan.tv/az-article-namizedlerin-tebligat-qaygilari.html
Ana səhifə ▸ Video ▸