Dövlət büdcəsinin gəlirlərinin 75 faizinın neft vəsaitlərindən ibarət olması, neft hasilatının azalacağı təqdirdə ölkədə ciddi iqtisadi böhrana səbəb ola bilər. Artiq 2024-cü ildə “Azəri” “Çıraq” və “Günəşli” yataqlarının işlənməsi üzrə sazişin başa çatması ilə Azərbaycanda iri neft sərvətləri də tükənəcək. Dövlət Neft Şirkəti isə yeni neft yataqlarının aşkar ediləcəyinə və yeni qaz yataqlarına ümid bəsləyir. İqtisadçılar isə hökümətin hələ də milyardlarla neft gəlirlərindən ölkəyə bir ciddi fayda verə bilmədiyi qənaətindədirlər.