Gəncədə 400 ildən çox yaşı olan Çökək Hamam bərpa adı ilə məhv edilir. Şəhər rəhbərliyinin göstərişi ilə hamam yenidən qurularaq saunaya uyğunlaşdırırlır. əvvəlki tarixiliyindən heç bir iz qalmayan hamamı yaxınlıqdakı otellə birləşdirən tunel də qazılaraq abidənin divarları dağıdılıb. Ən maraqlısı da budur ki, Gəncənin mərkəzində yerləşən bu tarixi tikilinin başına gətirilənlərdən Mədəniyyət və Turizm Nazırliyi xəbərsiz olduğunu deyir. Nazirliyin tikintini dayandırmaq haqda şifahi xəbərdarlıqlarına məhəl qoyulmadığından, qurum hüquq-mühafizə orqanlarına müraciət etməli olub.