Источник: Meydan TV

Yaralanan döyüşçülərin müharibə xatirələri

Yaralanan döyüşçülərin müharibə xatirələri

“Orada vəziyyət elə idi ki, döyüş gedə-gedə də bir-birimizlə zarafat edirdik. Elə olurdu ki, güllə gəlib ya kaskaya, ya dəbilqəyə ilişib dayanırdı. Onda da bir-birimizlə zarafatlaşırdıq. Ölümdən qorxmurduq. Ölümü özümüzə çox yaxın da bilirdik", - yaralanan döyüşçülər öz müharibə xatirlərini bölüşürlər.

Rütbəcə gizir olan Vüqar Mustafayev hərbi işçidir. O deyir, müharibəyə psixoloji olaraq hazır olub. Çünkü döyüşlərə 2-3 ay əvvəldən hazırlaşıblar: "27-si hücumlar oldu. Mənim özüm texnikada olduğuma görə, biz texnika ilə hərəkər elədik müəyyən yerə qədər. Sonrasında isə düşmənin güclü minalanmış sahələri və mühəndis maneələri var idi. Orada bizə çox ciddi problem yaratmışdılar, amma biz o problemləri də çox gözəl şəkildə keçdik. Özümüz də belə gözləmirdik".

5 ayın əsgəri olan Heydər Məsiyev isə 12 günlük hərbi təlimlərdə iştirak edib: "Həmin 12 gündə mənə elə bil ki, həyat dərsi keçiblər. O təlimlər olmasaydı, bəlkə də, heç o döyüşlərə girə bilməzdim”.

Hərbi xidmətini 2016-cı ildə başa vuran Toğrul Əliyev isə müharibəyə könüllü gedənlərdir. Deyir ki, ilk gedən gün 15-20 dəqiqə səs-küyün təsirində olub. Sonra onun üçün də hər şey adiləşib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/tcva6w

Самое читаемое