Источник: Meydan Tv

Tənha ana: Bu haqsızlıq davam etsə, özümü öldürəcəm

Статья обновлена:  17 Февраль 2021

Tənha ana: Bu haqsızlıq davam etsə, özümü öldürəcəm

Bakı sakini Elnarə İsmayılova tənha anadır. O deyir ki, övladına təyin edilən alimenti ala bilmir. Bu barədə Abşeron Rayon Məhkəməsinə müraciət etsə də, bir müddət sonra məhkəmə işə xitam verib.

“İcraçı işlə bağlı məhkəməyə sənəd verdi, protokol hazırladı. Qarşı tərəfin borcu çox idi. Sadəcə olaraq icraçı ödətdirdi onu. Yerdə qaldı 2000-dən çox borc. Aliment isə 154 manatdır. O da ki 154, 140, bəzən guya köhnə borcdan 30, 35, 20, 25 belə pul ödəyir. Amma bu qədər də olmaz axı. Noyabrın 17-si məhkəmə işi bağlayıb. Abşeron Rayon Məhkəməsinin hakimi Sevinc Quliyeva növbəti proseslərə çağırıb məni. Bu, nə qədər düzgündür?“, - ana deyir

Elnarə İsmayılova 3 il əvvəl həyat yoldaşından ayrılıb. Keçmiş əri bir dəfə aliment borcuna görə 10 sutka həbs olunub. Bu, onun ikinci məhkəməsidir.

Şikayətçinin sözlərinə görə, keçmiş həyat yoldaşı onu hədələyir ki, rüşvət verib uşağı himayəsinə götürəcək. Tənha ana bu səbəbdən iki dəfə intihara cəhd edib:

“Məni o qədər alçaltdılar, o qədər yordular ki, özümü Xrdalanda yeni tikilmiş binanın 9-cu mərtəbəsindən atırdım. Orada olan üç usta tutdu, düşməyə qoymadı. Bu qədər zülm olmaz.

Deyirlər ki, ölürsən öl də, 60 qəpiklik aktdır, yazacayıq, sonra da öz işimizdə işləyəcəyik. Bu qədər də olarmı?”

Elnarə İsmayılova Ədliyyə Nazirliyinə müraciət etsə də, qurumdan onu yenidən Abşeron Rayon Məhkəməsinə yönləndiriblər.

“Bu ölkədə qadın olmaq ağırdır, bəzən adama ən aşağı insan kimi baxırlar. Mən belə anladım. İndi mən nə edəcəm? Oğlum böyüyüb bu Vətəni qoruyacaq ki, onun hakimləri belə ədalətsiz olsun? Qanunsuz iş görsün? Deyəndə qanun qoyurlar ortaya. Filan şeydi, filan şeydi. Bəs özlərində necə olur? O hakimlər də övladlarına ayda bir dəfə yemək yedizdirir?

Elnarə İsmayılova Abşeron Rayon Məhkəməsinin hakimi Sevinc Quliyevanın qərarını əsassız hesab edir.

Prezidentdən və birinci vitse-prezidentdən bu məsələyə diqqət ayırmalarını xahiş edir:

“Çox xahiş edirəm, cənab prezident. Xahiş etmirəm, hətta yalvarıram, bu özbaşınalıq yığışılsın. Sizin qoyduğunuz qanunlar pozulur, öz qanunları yazılır. Hakim Sevinc Quliyeva haqqında tədbir görülsün. Çox xahiş edirəm. Mən yenə deyirəm, əgər mənim işimə baxılmasa, bu qanunsuzluq baş alıb getsə, həqiqətən özümü öldürəcəm. Çünki bezmişəm. Azərbaycanda, öz ölkəmdə qadın kimi yaşamaq çətindir”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  17 Февраль 2021
Bölmələr:  
Короткие линки:   http://mtv.re/eerjfx

Самое читаемое