Gürcüstan parlamentinin qarşısı

Источник: David Pipia. Jamnews

Başlıq: Gürcüstan parlamentinin qarşısı

Tbilisidə etiraz aksiyasında saxlanılanlar olub

Məqalə "Kavkazski uzel" saytında dərc olunub

Müxalifət tərəfdarları bu gün Tbilisidə etiraz aksiyasına çıxaraq, siyasi məhbusların azad olunmasını və parlamentə təkrar seçkilər keçirilməsini tələb edib. Etiraz edənlər yolu kəsməyə cəhd edib və güc strukturları əməkdaşları aksiyanın yeddi iştirakçısını saxlayıb.

“Kavkazski uzel” xəbər verir ki, 2020-ci il dekabrın 25-də seçkilərin nəticələri razılaşmayan fəallar sutka boyu aksiya keçirmək üçün parlament binasının qarşısında çadırlar qurub. Fevralın 23-də polis Vahid Milli Hərəkat müxalifət partiyasının lideri Nika Meliyanın saxlanılması üçün Tbilisidə xüsusi əməliyyat keçirib. Bundan sonra Gürcüstanda etirazlar daha da fəallaşıb. Müxalifət fevralın 26-sı Tbilisidə nümayiş keçirib.

“Mitinqlər növbədənkənar seçkilər təyin olunana və bütün siyasi məhbuslar azad olunana qədər bitməyəcək”,- müxalifət bəyan edib. Martıqn 1-də etiraz aksiyası Gürcü Arzusu Partiyasının təsisçisi Bidzina İvanişvilinin Gürcüstanın paytaxtındakı iqamətgahının qarşısında keçib.

2020-ci ilin payızında Gürcüstanda parlament seçkiləri keçirilib. Nəticələrə görə, Gürcü Arzusu 150 mandatın 90-nı alıb. Müxalifət nəticələrin saxtalaşdırıldığını deyib və parlamentin işində iştirakdan imtina edib. Ölkədə təkrar seçkilər tələbi ilə etiraz aksiyaları başlayıb. Gürcüstan parlamenti yanvar ayında Venesiya komissiyasından iclası boykot etdiklərinə görə partiyaların maliyyələşdirilməsinin dayandırılması haqda qanun layihələri paketini qiymətləndirməyi xahiş edib.

Polis bu gün Tbilisidəki etiraz aksiyasında yeddi nəfər saxlayıb, aksiya yerində vəziyyət gərgin olaraq qalır, güc strukturları əməkdaşları və etiraz edənlər arasında dava və toqquşmalar baş verir, - “Rustavi-2” telekanalı Gürcüstan DİN-in məlumatına əsasən öz saytında xəbər verib.

Aksiya Tbilisidə parlament binasının yanında, Çitadze küçəsində keçir. İştirakçılarla polis arasında toqquşmalar baş verir. Güc strukturlarının əməkdaşları etiraz edənlərə yolu kəsməyə icazə verməyib ki, bu da toqquşmaya səbəb olub, - Gürcüstanın “Birinci kanal”ı öz saytında yazıb.

Güc strukturlarının əməkdaşları aksiya iştirakçılarını öz etirazlarını şəhər sakinlərinin hərəkətinə maneçilik törətmədən ifadə etməyə çağırıb. Bundan sonra vəziyyət daha da gərginləşib. Polislər iki etiraz edəni saxlayıb. İlkin məlumatlara görə, saxlanılanlardan biri Vahid Milli Hərəkatın üzvü Beso Qazdelianidir, - dərcdə deyilir.

Aksiya bu səhər yerli vaxtla saat 9-da başlayıb, fəallar parlament binasının girişini tutub. Bu gün orda plenar iclasın keçirilməsi planlaşdırılmışdı. Etiraz edənlər hər peyda olan deputatı coşqun reaksiya ilə qarşılayır, onları təhqir edirlər. Aksiya iştirakçılarının bəzisinin əlində tüstü bombası olub. DİN fəalların saxlanılmasını polisə tabe olmamaqla izah edib, - “Sputnik Gürcüstan” bu gün xəbər verib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/9aatca

Самое читаемое