Источник: google

Rəsulzadəli maska taxan gənci öz məhkəməsinə gətirmədilər

Cavid Məmmədzadənin apelyasiya şikayəti təmin olunmayıb

Üzərində Məhəmməd Əmin Rəsulzadənin fotosu olan qoruyucu maska taxdıqdan sonra həbs olunan ictimai fəal Cavid Məmmədzadə öz məhkəməsinə gətirilməyib. Bu barədə Meydan TV-yə danışan vəkili Əsabəli Mustafayev bildirib ki, C.Məmmədzadə haqqında həbs qərarından verilmiş apelyasiya şikayətinə onun özünün iştirakı olmadan baxılıb.

Gənc fəalın şikayətinə hakim Vidadi Cəfərovun sədrliyilə baxılıb. Vəkil Ə.Mustafayevin sözlərinə görə, o, hüquqlarını müdafiə etdiyi şəxsin də prosesdə iştirakının təmin olunmasını xahiş edib. Bu barədə vəsatət qaldırıb. Lakin təmin edilməyib.

Amma vəkil hesab edir ki, C.Məmmədzadənin iştirakı təmin edilməliydi: “Çünki hadisələrin necə baş verdiyini o bilir. Mən də onun dedikləri əsasında bilirəm, bu barədə çıxışımda deyirəm, şikayətdə göstərirəm”.

Vəkilin sözlərinə görə, C.Məmmədzadə ona deyib ki, son vaxtlar Rəsulzadəyə qarşı anti-təbliğat kampaniyasına etiraz olaraq, həmin qoruyucu maskanı hazırlayıb və foto şəkərək, sosial mediada yayıb: “Məqsədi də Rəsulzadəni təbliğ etmək olub”.

Vidadi Cəfərovun sədrlik etdiyi hakimlər kollegiyası apelyasiya şikayətini təmin etməyib. C.Məmmədzadənin İnzibati Xətalar Məcəlləsinin 211 (epidemiya əleyhinə rejimin, karantin rejimi qaydalarının pozulması) və 535-ci (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddələri ilə 10 günlük həbsi barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

C.Məmmədzadə birinci instansiya məhkəməsində bildirib ki, bu ittihamlar saxtadır. Onun sözlərinə görə, Rəsulzadənin şəkli olan maskanı taxıb, bu fotonu sosial mediada yayandan sonra onu telefon vasitəsilə polis idarəsinə çağırıblar. O da ertəsi gün – iyunun 27-də SMS-lə icazə alaraq, Sumqayıt Şəhər Polis İdarəsinə gedib. Oradan isə polis bölməsinə aparılıb. Orada barəsində inzibati xətaya dair protokol tərtib edilib. Qeyd olunub ki, SMS-icazənin müddəti bitdikdən saat yarım sonra küçədə saxlanıb, həmin vaxt polislərə tabe olmayıb.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/v0itbf

Самое читаемое