Yadigar Sadıqlı

Источник: Meydan.TV

Başlıq: Yadigar Sadıqlı

“Nottingem Forest” və Brayan Klaf əfsanəsi

(birinci hissə)

“Nottingem Forest” İngiltərənin ən qədim futbol klublarından biridir. Onun əsası 1865-ci ildə qoyulub. Klub İngiltərə futbol liqasında ilk dəfə 1892/93 mövsümündən çıxış etməyə başlayıb və 16 iştirakçı arasında 10-cu yeri tutub. XIX əsrdə yeganə nailiyyəti 1898-ci ildə ölkə kubokunu qazanması oldu.

XX əsrin birinci yarısı isə ümumiyyətlə uğursuz oldu. Komanda bu illərin çoxunu ikinci divizionda, iki ili isə (1949-1951) hətta üçüncü divizionda keçirdi. Nəhayət, 1957-ci ildə, 22 illik fasilədən sonra diviziona qayıtdı. Bu illər ərzində “Nottingem Forest”in çempionatlarda ən yüksək nəticəsi 1900/01 mövsümündə tutduğu 4-cü yer oldu.

Ən güclülər sırasına qayıdan klub 1959-cu ildə özünün 60 il öncəki nailiyyətini təkrar etdi və ölkə kubokunu qazandı. Çempionatda ən yaxşı nəticələrini isə 1960-ci illərin ortalarında göstərdi. 1964/65 mövsümündə beşinci olan “Forest” iki il sonra ikinci yeri tutaraq tarixində ilk dəfə dəfə çempionatın mükafatçısı oldu. Komanda çempion “Mançester Yunayted”dən dörd xal geri qaldı.

Yarmarkalar kubokuna (sonralar UEFA kuboku, indi Avropa Liqası) vəsiqə qazanan “qırmızılar” ilk turda Almaniyanın “Ayntraxt” komandasını inamla (1:0 və 4:0) keçsələr də, ikinci turda “Sürix”ə evdə buraxdıqları qola görə məğlub oldular – 1:2 və 0:1.

Ölkə çempionatlarında isə komanda öz uğurunu təkrarlaya bilmədi və sonrakı illərdə əsasən ikinci onluqda yer tutdu. Nəhayət 1971/72 mövsümünün yekunlarına görə 21-ci yeri tutaraq yenidən ikinci diviziona yollandı. Burada onun işləri heç də yaxşı getmədi. Birinci mövsüm 14-cü, ikinci mövsüm isə 7-ci oldu.

“Nottingem Forest” 1974/75 mövsümünə də uğursuz başladı. Komanda 25 oyundan sonra 24 xal (İngiltərədə 1981-ci ilə qədər qələbəyə görə 2 xal verilirdi) toplamışdı. Amma Milad tətili günlərində klubun tarixində iz qoyacaq bir hadisə baş verdi. Yanvarın 6-da baş məşqçi postuna Brayan Klaf təyin olundu.

***

1935-ci il doğumlu Brayan Klaf 20 yaşında “Midlsbro”da hücumçu mövqeyində oynamağa başladı. O, cəmi 6 il ərzində 204 qol vurdu və bu göstəriciyə görə komandanın tarixində üçüncü yeri tutur. Daha sonra “Sanderlend”də oynayan Klaf ağır diz zədəsi səbəbindən oyunçu karyerasını 27 yaşında bitirməli oldu (iki il sonra qayıtmağa cəhd etdi, amma cəmi 3 oyun oynadı).

Klaf 30 yaşında məşqçilik karyerasına başlayır və iki il sonra ikinci divizionda çıxış edən “Derbi Kounti” komandasına rəhbərlik edir. Daha iki il sonra komandanı divizion çempionu edir və birinci diviziona yüksəlir. Burada birinci il 4-cü, ikinci il 9-cu yeri tutan komanda 1971/72 mövsümündə çempion adını qazandı. Klub çempionlar liqasında da uğurla çıxış edərək yarımfinala qədər yüksəldi, lakin burada “Yuventus”a məğlub oldu.

Klaf onunla “Midlsbro”da çıxış etmiş qapıçı Piter Teylor ilə duet təşkil edirdi. Teylor istedadlı oyunçuları tapırdı, Klaf isə onlardan usta düzəldirdi. Bundan əlavə, Klaf oyunçularla sərt, bəzən də kobud danışrıdı. O, hətta futbolçuları yumruqlamaqdan da çəkinmirdi. Teylor isə “yaxşı polis” rolunu oynayırdı.

Klaf və Teylorun “Derbi Kounti”dəki karyeraları klub prezidenti Sem Lonqsonla mütəmadi ixtilaf şəraitində keçdi. Nəhayət, 1973-cü ilin oktyabrında onların hər ikisi komandadan ayrıldılar. Nottingemə gələnə qədər isə (Teylor1976-cı ilin iyulunda gəldi) məşqçilik fəaliyyətlərində xüsusi uğur olmadı.

Klaf onunla “Midlsbro”da çıxış etmiş qapıçı Piter Teylor ilə duet təşkil edirdi.

Klaf onunla “Midlsbro”da çıxış etmiş qapıçı Piter Teylor ilə duet təşkil edirdi.

Источник: Vikipediya

Klafın gəlişi “meşəçilər”in oyununda dərhal dönüş yaratmadı. Əksinə, komanda bir az da geriləyərək çempionatı 16-cı yerdə başa vurdu. Növbəti ildə nəticələr bir qədər yaxşılaşdı və 8-ci yer tutuldu. Nəhayət, 1976/77-ci il mövsümündə üçüncü yeri tutan komanda birinci diviziona qayıtdı.

Bu uğurun qazanılmasında Con Robertson, Viv Anderson, Con Makqovern, Con O`Hara, Larri Lloyd, Frenk Klark, Marin O`Nil, Kolin Barret kimi oyunçular əsas rol oynadılar. Birinci divizionda ilk mövsüm ərəfəsində komanda Kenni Bernslə gücləndirildi. Daha bir transfer isə İngiltərənin futbol tarixinin ən yaxşı qapıçısı sayılan Piter Şiltonun “Stok Siti”dən alınması oldu.

“Qırmızılar”ın startı gözlənilməz oldu. Komanda ilk turda səfərdə güclü “Everton”a 3:1 hesabı ilə qalib gəldi. Daha sonra evdə “Bristol siti” və “Derbi Kaunti” məğlub edildi. Amma dördüncü turda səfərdə “Arsenal”a məğlub olanda (0:3) çoxları düşündü ki, uğurlu start təsadüf idi və artıq arxada qaldı. Ancaq belə olmadı. Sonrakı beş oyunda 4 qələbə qazanan və 1 heç-heçə edən “Nottingem Forest” 9-cu turdan etibarən liderliyi ələ aldı və çempionatın sonuna qədər buraxmadı.

Komanda noyabrda iki oyunu uduzduqdan sonra (14-cü turda “Çelsi”yə və 16-cı turda “Lids Yunayted”ə) turnirin sonuna qədər məğlubiyyətsiz irəlilədi. O, yekunda ikinci yeri tutan “Liverpul”u 7 xal qabaqladı. “Meşəçilər” çempionluqdan əlavə Futbol liqası kubokunu da qazandılar. Mart ayında “Liverpul”la ilk oyunda nə əsas, nə əlavə vaxtda qol vurulmadı. Dörd gün sonra keçirilən təkrar oyunda isə “Forets” 1-0 hesabı ilə qələbə qazandılar.

Uğurlu mövsüm İngiltərə kubokunun sahibi “İspviç Taun”la superkubok uğrunda matçla yekunlaşdı. “Nottingem Forest” 5:0 hesabı ilə qalib gəldi.

Bir komandanın birinci diviziona çıxan kimi dərhal çempion olması az-az rast gəlinən hadisədir. Brayan Klaf isə İngiltərə futbol tarixində iki müxtəlif klubu çempion edən cəmi dörd məşqçidən biri oldu. Amma bu əfsanənin hələ başlanğıcı idi.

***

Ədalətsiz püşkə görə, “Nottingem Forest” ilk dəfə çıxış edəcəyi Çempionlar kubokunun ilk turunda başqa bir ingilis klubu, “Liverpul”la qarşılaşacaqdı. Bu qarşılaşmanın favoriti liverpullular sayılırdı. Çünki onların beynəlxalq təcrübəsi çox idi, son iki ildə isə Çempionlar kuboku turnirinin qalibi idilər.

Digər tərəfdən, “Forets” 1978/79-cu il çempionatında zəif start götürdü, ilk dörd oyunda heç-heçə etdi, yalnız beşinci turda “Arsenal”a qalib gəldi. Komanda beş turdan sonra 6 xal toplayaraq 6-cı yeri tuturdu. “Liverpul” isə maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edirdi. Komanda qarşısına keçəni əzirdi – “İspviç Taun” (3:0), “Mançester Siti” (1:4), “Tottenhem Hotspur” (7:0), “Birmingem Siti” (3:0) darmadağın edildilər.

Brayan Klaf ikinci sırada sağda

Brayan Klaf ikinci sırada sağda

Источник: https://www.telecine.com.br/

Hətta “meşəçilər” özləri də optimist deyildilər. Harri Bertls öz məyusluğunu təxminən belə ifadə etmişdi: heç olmasa, İtaliyaya, İspaniyaya səfər edərdik… Belə oxşayır ki, biz İngiltərədən çıxmadan turnirdən uzaqlaşacağıq”.

Amma Nottingemdə keçirilən ilk oyunda meydan sahibləri hər hissədə bir qol vuraraq 2:0 hesabı ilə qələbə qazandılar. İki həftə sonra “Enfild” stadionunda baş tutan cavab oyununda liverpulluların, xüsusən də Kenni Dalqlişin bütün səylərinə baxmayaraq hesab açılmadı. Hər iki oyunda Piter Şilton mükəmməl oynadı.

Komandanın sonrakı iki mərhələdə rəqibləri elə də güclü olmadı. Yunanıstanın AEK (2:1 və 5:1), İsveçrənin “Grasshopper” klubları (4:1 və 1:1) asanlıqla keçildi. Bu oyunlar arasında “Nottingem Forest” bir hay-küylü transfer həyata keçirdi. Hücumçu Trevor Frensis “Birmingem Siti”dən 1 miyon funt-sterlinqə alındı. Bu İngiltərənin futbol tarixində bir futbolçu üçün yeddi rəqəmli məbləğin ödənildiyi ilk hal idi.

Çempionlar kubokunun yarımfinalında Almaniya çempionu “Köln” qırmızılara ciddi problem yaşatdı. Yağış səbəbindən bərbad vəziyyətdə olan “Siti Qraund” stadionundakı oyunda ilk 20 dəqiqədən sonra hesab 0:2 qonaqların xeyrinə idi. “Qırmızılar” 3 qol vurub irəli çıxsalar da qələbəni qoruya bilmədilər və oyun 3:3 hesabı ilə bitdi. Bu matçda Nottingem müdafiəçiləri və Şilton uğursuz oynadılar. Görüşün qəhrəmanı isə qonaqların qapıçısı Toni Şumaxer oldu.

Əvəzində Kölndə keçirilən cavab matçında Nottingem müdafiəsi səhvsiz oynadı. 65-ci dəqiqədə künc zərbəsindən sonra Yan Boyer yeganə qolun müəllifi oldu. Almanların hesabı bərabərləşdirmək və səfərdə vruduqların qolların hesabına qalib gəlmək cəhdləri faydasız oldu. “Nottingem Forest” qələbə qazanaraq turnirin finalına çıxdı.

1979-cu il mayın 30-da Münhen olimpiya stadionunda keçirilən final oyununda rəqib İsveçin “Malmö” klubu idi. İsveçlilər bütün oyun boyu müdafiəyə çəkilərək qol buraxmamağa çalışırdılar. Amma bir dəfə bunu bacarmadılar. Birinci hissənin son dəqiqəsində sol cinahla irəliləyən Robertson iki müdafiəçinin əhatəsindən topu qapının uzaq dirəyinə qaldırdı. Trevor Frensis çətinliklə topa çataraq baş zərbəsi ilə hesabı açdı.

İkinci hissədə “Malmö” müdafiəsi daha bir səhv buraxdı, amma Robertsonun zərbəsi qapı dirəyindən döndü. Hakimin final fiti heyrətamiz bir faktı ortaya qoydu: iki il öncə İngiltərə çempionatının ikinci divizionunda çıxış edən “Nottingem Forest” indi Avropanın ən güclü komandasıdır.

***

Ölkə çempionatında zəif startdan sonra “meşəçilər” öz nəticələrini xeyli yaxşılaşdırdılar və 18-ci turdan sonra ikinci yerə qalxaraq “Liverpul”la aradakı fərqi 2 xala endirdilər. Amma dekabrın 9-da Liverpulda baş tutan əyani qarşılaşmada ev sahibləri 2:0 hesabı ilə qalib gəldilər.

Bu 1 il 20 gündən sonra komandanın milli çempionatda ilk məğlubiyyəti idi. Onlar 42 oyunluq məğlubiyyətsizlik seriyası ilə çempionatın yeni rekordunu müəyyən etdilər. “Nottingem Forest” çempionatı isə ikinci yerdə, Leverpul”dan 8 xal geridə başa vurdu. Əvəzində yenidən Futbol liqası kuboku qazanıldı. Finalda “Sauthempton” məğlub edildi (3:2).

(ardı var)

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/mjlv2a

Самое читаемое