İlham Əliyev QHT-lərə Dövlət Dəstəyi Agentliyi yaratdı

Agentliyin nizamnamə fondu onun balansına verilən dövlət əmlakı hesabına formalaşır.

Source: Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası


Agentlik Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasını əvəzləyəcək

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Bu barədə dövlət başçısı İlham Əliyev aprelin 19-da fərman

imzalayıb

.

Sənəddə "Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Prezidentin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi qeyd olunub.

Bununla da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (Agentlik) Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hüquqi varisi hesab olunub və təşkilatın hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçib.

Agentliyin nizamnamə fondu onun balansına verilən dövlət əmlakı hesabına formalaşır.

Dövlət başçısının digər fərmanı ilə “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsi” təsdiqlənib.

Bildirilib ki, Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi 11 (on bir) üzvdən ibarət Müşahidə Şurası həyata keçirəcək: “Müşahidə Şurasının 8 (səkkiz) üzvü qeyri-hökumət təşkilatlarının, digər 3 (üç) üzvü isə dövlət orqanlarının nümayəndələrindən təyin edilir. Agentliyin fəaliyyətinə cari rəhbərliyi Agentliyin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirəcək”.

Agentliyin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşəcək.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2007-ci ilin 13 dekabr tarixində yaradılıb.

Deputat Azay Quliyev 2008-ci ildən qurumun sədridir.

Ana səhifəSosialİlham Əliyev QHT-lərə Dövlət Dəstəyi Agentliyi yaratdı