Источник: Meydan Tv

İki aylıq hamilə qadın aldığı xəsarətlərə görə reanimasiyaya yerləşdirilib

Статья обновлена:  26 Август 2019

Onun ailəsi tərəfindən döyüldüyü ehtimal edilir

Qax rayon sakini, 27 yaşlı A.V aldığı xəsarətlərlə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Rayonun kəndlərindən birində yaşayan qadının 2 aylıq hamilə olduğu, aldığı xəsarətlər nəticəsində uşağını itirdiyi bildirilir.

Kənd sakinlərinin Meydan TV-yə verdiyi məlumata görə, hadisə avqustun 17-də baş verib. Ailə münaqişəsi zəminində 27 yaşlı qadın ağır xəsarətlər alıb. Hadisə ilə bağlı müxtəlif şayiələr var. Qadının intihar etdiyi də deyilir.

Meydan TV əməkdaşı Qax Rayon Mərkəzi Xəstəxanasında olub və zərərçəkənin reanimasiya şəbəsində olduğunu müəyyənləşdirib. Lakin A.V-nin anası jurnalistə ətraflı məlumat verilməsinə mane olub. Bildirib ki, qızı pilləkənlərdən yıxılıb, ağır xəsarət alıb.

Ancaq adının açıqlanmasını istəməyən xəstəxana əməkdaşı jurnalistə söyləyib ki, qadın xəstəxanaya gətirilərkən atası həkimə “onu siz öldürməsəniz, özüm öldürəcəyəm” deyib.

Qonşuları isə Meydan TV əməkdaşına deyib ki, qız əvvəllər nişanlı olub, nişanlısı rəhmətə gedəndən sonra qonşu kəndə ərə verilib. Lakin sonradan baldızı onun telefonundan nişanlısına bənzəyən oğlanla şəkillərini aşkarlayıb və hadisə də bundan sonra baş verib:

“Əvvəl əri döyüb, sonra gətirib atıb evlərinə. Atası da döyüb, ürəyi soyumayıb başına daşla çırpıb, divara vurub. Qızın ağzından qan gəlib, huşunu itirib. Onu xəstəxanaya aparandan sonra atası da özünü asmaq istədi. Hadisənin utancından yaşamaq istəmədiyini deyirdi. Ancaq qonşular ipdən aldılar”.

Qonşuların sözlərinə görə, qadın tanınmış iş adamlarından birinin qardaşı qızı olduğundan məsələnin ictimailəşdirilməsinin qarşısını almağa çalışırlar.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, qadın başın müxtəlif nahiyələrində travmalar, boğazda boğulma izləri ilə xəstəxanaya daxil olub. Müayinə zamanı onun 2 aylıq hamilə olduğu müəyyən edilib. Lazımi tibbi yardım göstərildikdən sonra xəstənin huşu qayıdıb. Hazırda reanimasiya şöbəsindədir, vəziyyəti orta-ağır stabil qiymətləndirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional üzrə baş inspektoru Mahir Məsimovun verdiyi məlumata görə, hadisə münaqişə zəminində baş verib. İlkin məlumatda bildirilir ki, qadın başını divara vurub. Məsələ ilə bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

Meydan TV əməkdaşı məsələ ilə bağlı Ombudsman Aparatının qaynar xəttini məlumatlandırıb.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  26 Август 2019
Pазделы:  
Короткие линки:   http://mtv.re/q51tx1

Самое читаемое