Rövşən Hacıbəyli

Источник: meydan tv

Оглавление: Rövşən Hacıbəyli

Hacı titullu biznesmenin “uğur” hekayəsi

İndi camaatın yeganə ümidi Hacının yeni işinin – kənd təsərrüfatı ilə bağlı layihələrinin uğurlu alınmasıdır

Avqusta biz tərəflərdə “qorabişirən” ay deyirlər. Avqustun qora nədir, lap adam bişirən istilərini görmüşük, bizim yerlərdə onun daha ciddi fəsadları olur, susuzluq. Son illər kənd təsərrüfatına oliqarx, nazir-oliqarx, deputat-oliqarx, prezident-oliqarx hücumları nəticəsində təkcə avqustda yox, elə başqa aylarda da regionlarda əhali susuzluqdan avqust yanğısını yaşayır. Həm də uzun illərdir dözə-dözə...

Yazımızın avqustla başlaması təsadüf deyil, bu ayla bağlı çox xatirə var. 2014-cü ilin avqustunda Hacı İbrahim Nehrəmli adlı iş adamının 125 dünya gözəlini “bişirib” Bakıya gətirəcəyi xəbəri geniş tirajlandı. Dünya gözəlləri Azərbaycana Hacı İbrahimin o illərdə yetərincə reklam olunan “Xəzər adaları”nda istirahət etməyə gəlirdilər. Daha doğrusu, Hacı onları öz puluna gətirirdi. Gətirdi də. Ancaq bundan qazancı nə oldu, bilmədik, əvəzində Hacının böyük itkilərinin şahidi olduq.

“Avesta” konserninin prezidenti, iş adamı Hacı İbrahim Nehrəmlinin “Xəzər adaları” layihəsinin tikintisinə 2011-ci ildə başlanmışdı. 100 milyard dollar dəyərində olan layihəni şəhərcik kimi Bakıdan 25 km məsafədə gerçəkləşdirmək niyyətindəydilər. Bu şəhərcikdə 1 milyon nəfərin yaşaması planlaşdırılırdı. Burada 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət, mədəniyyət mərkəzləri, institut kampusları, restoranlar, gecə klubları və başqa obyektlərin tikintisi nəzərdə tutulurdu. Eyni zamanda xarici investisiyanın da cəlb olunması yönündə işlər aparılırdı. 2013-cü ilin oktyabr ayında adalarda tikilmiş idman və stadionlar kompleksinin açılışı da olmuşdu. Artıq bəzi xarici iş adamlarının layihəyə maraq göstərdiyi, investisiya yatırmaq niyyətində olduğu barədə xəbərlər də yayırdı, təbliğat maşını. Ancaq 2015-ci ildə tikinti dayandırıldı. Azərbaycan Beynəlxalq Bankı ilə bağlı baş verənlər bu layihədən və onun rəhbəri Hacı İbrahimdən də yan keçmədi. Ən varlı, imkanlı iş adamı, həm də naxçıvanlı olan Hacı İbrahimin sorağı “Bandotdel”dən gəldi. O çağdan “Xəzər adaları”nda iş getmir, göydələnlərin kranları da eləcə sakit dayanıb. “Xəzər adları”nın reklamları da yollardan yığışdırılıb. Baxmayaraq ki, Hacı İbrahim 2014-cü ildə “Yeni Müsavat”a müsahibəsində işlərin 2021-ci ildə tamamlanacağını “partlayış” olacağını demişdi: “Layihə üzrə bütün işlərimiz yüksək səviyyədə gedir. Mən işlərin gedişindən çox razıyam. Artıq ikinci körpünü işləyib qurtardıq, üçüncü körpünün də betonu töküldü. Daha sonra 4-cü körpünün tikintisinə başlayacağıq.

"Bunu Azərbaycanda bir iş adamının, illər əvvəl çoxunun həsəd apardığı uğurlu biznesmenin həyat hekayəsi də saymaq olar".

"Bunu Azərbaycanda bir iş adamının, illər əvvəl çoxunun həsəd apardığı uğurlu biznesmenin həyat hekayəsi də saymaq olar".

Источник: meydan.tv

Bilirsiniz ki, ilk etapı yekunlaşdırmaq üçün 6 körpünü inşa edib başa çatdırmalıyıq. Çox şükür ki, işlər öz axarı ilə gedir. İlk etapdan sonra 7 min adam burada yaşaya biləcək. Sağlıq olsun, 2021-ci ilə qədər bütün işlər yekunlaşacaq... İnvestorların ciddi şəkildə marağı var. Artıq 200 milyon investisiya qoyulacaq. 1 milyard investisiyanın 200 milyonu yatırım ediləcək. Yeni investorlar gələcək. Bu layihə üzrə partlayışa az qalıb. Özünüz də görəcəksiniz”.

Görünür, kimlərsə fitilə əl gəzdirmişdi, ya da barıtı yaş eləmişdilər. Hacının dediyi alınmadı, partlayış-filan olmadı. 125 gözələ (nədənsə “125-lər klubu” yada düşür) çəkilən xərc havaya getdi. Yəqin o gözəllərdən də kimsə sonralar Hacını arayıb axtarmadı. Baş necə qarışdısa, Hacı da onları unutdu. Bir mahnıda deyildiyi kimi: “Mesaj da çəkmiyorsun, konturunmu bitdi ya...” Optimistcəsinə danışan iş adamının bu müsahibəsindən bir neçə ay sonra həbsi xəbəri yayıldı. Eyni zamanda ölkədən çıxışı da qadağan edildi. Ancaq o, açıqlama verib həbs olunmadığını, Beynəlxalq Bankdan götürdüyü 78 milyon manat (100 milyon dollar) kreditdə gecikmələrə görə “Bandotdel”ə çağırıldığını və orada ifadə verdiyini dedi (bizdə, kredit də daxil, belə işlərə onlar baxır).

Sonrakı günlərdə, aylarda və illərdə onun çoxsaylı obyektlərinin əlindən alındığı barədə xəbərlər yayıldı. 2016-cı ilin fevralında yenə “Yeni Müsavat”a növbəti müsahibəsində iş adamının qəzəbli olduğu görünür, ciddi itkilər verdiyi anlaşılırdı, çünki sözlərində qabaqkı, dünya gözəlləri ilə keçirilən günlərdəki şuxluq yox idi: “Bizim ölkədə məmur məmur kimi yaşamır. Bizə “oliqarx” deyirlər. İndi gəlin görək, əslində “oliqarxlar” kimlərdir. “Oliqarx” dövlət vəzifəsində oturub, rüşvət alanlardır əslində. Pul yığıb özlərinə banklar, restoranlar, zavodlar açırlar. Onların yanında iş adamı kimdir axı? İş adamı heç bəzi məmurlara yaxınlaşa da bilmir. Bunlar sanki iş adamı görəndə murdar bir məxluq görürlər”.

"Bu azmış kimi, oliqarxlar, məmur, nazir oliqarxlar həmin arxa şərik çıxandan durum daha da pisləşib; camaat su tapmır..."

"Bu azmış kimi, oliqarxlar, məmur, nazir oliqarxlar həmin arxa şərik çıxandan durum daha da pisləşib; camaat su tapmır..."

Источник: meydan.tv

“Beynəlxalq Bankdan 6 obyekt üzrə cəmi 280 milyon kredit götürmüşəm. Hər bir kreditimizin də arxasında girovlarımız var. Ancaq bu bankda adıma qeyri-qanuni şəkildə 91 milyon manat yazaraq, oğurlayıblar. Bu kreditdən heç xəbərim də yoxdur. Həmçinin 45 milyon dollar da şirkətim adına götürüblər”.

Bunun ardınca iş adamı faizi ilə birgə götürdüyü kreditin məbləğini açıqlayır: “Faizi ilə birlikdə 300 milyondur. Bunun 10 faizi dollarladır. Bizim borcumuzu ödəmək üçün son tarix 2019-cu ildə bitir. O zamana kimi də ödəyəcəyik”.

Yenə “Yeni Müsavat”, yenə Hacı İbrahim danışır. Yenə kredit borclarından, “Xəzər adaları”ndan söz açır. Artıq 2019-cu ilin iyul ayıdır: “Dekabr ayında biz özümüz təşəbbüs göstərib, “Xəzər Adaları”nı məhkəmə yolu ilə “Aqrarkredit” təşkilatına verdik. Oradan da Azərbaycan Sənaye Korporasiyasının (ASK) tabeliyinə verildi. Bununla da mənim borcum silindi”.

Ardınca deyir: “Dövlətə iki əmlak vermişik, biri “Xəzər Adaları”dır, digəri isə ticarət mərkəzi idi. Bununla da borcumu bağladılar və məsələ bitdi. İndi mənim dövlətə heç 1 manat da borcum yoxdur”.

"Bizimkilər o yolu gedib-gələnləri məclislərdə həmişə yuxarı başa keçirir, məqamını uca bilirlər".

"Bizimkilər o yolu gedib-gələnləri məclislərdə həmişə yuxarı başa keçirir, məqamını uca bilirlər".

Источник: meydan tv

Həqiqətən Hacı İbrahim indi kənd təsərrüfatına girişib. Tikinti biznesindən onu çıxarıblar. Dediyi layihələrdən bir neçəsi bizim torpaqlarda gerçəkləşdirilir. Hacı nar və zeytun bağı salır. Xeyli vaxtdır iş gedir. Düzdür, bu layihələr oranın adamlarına çox baha başa gəlir. Sovetlərin dönəmində, ötən əsrin o başında çəkilən arx ondan su götürənlərin belə tələbini ödəmir. Bu azmış kimi, oliqarxlar, məmur, nazir oliqarxlar həmin arxa şərik çıxandan durum daha da pisləşib; camaat su tapmır...

Bizim camaat susuz qalsa da, hər il yasını saxladıqları, suyla imtahana çəkilən imam övladları üçün ağlasalar da onların, təsərrüfatlarını, mal-qaranı su üzünə həsrət qoyan İbrahim Nehrəmliyə qəzəbi yoxdu, o sadə səbəbdən ki, kişinin adının qabağında HACI sözü var. Bizimkilər o yolu gedib-gələnləri məclislərdə həmişə yuxarı başa keçirir, məqamını uca bilirlər. İndi camaatın yeganə ümidi Hacının yeni işinin – kənd təsərrüfatı ilə bağlı layihələrinin uğurlu alınmasıdır. Susuzluğa da dözmək olar, təki biznes uğur qazansın, Hacı da açılışa 125 olmasa da, heç olmasa, 25 dünya gözəli gətirsin, bizimkilər də baxıb həzz alsın. Avqust yanğısını söndürmək savab işdir; sentyabrda da olsa...

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/fokkf7

Самое читаемое