Yuxarı Təngivan kəndi

Источник: Foto: Meydan tv

Başlıq: Yuxarı Təngivan kəndi

“Daş karxanaları körpünü dağıdıb, torpaqlarımıza əlimiz çatmır”

Yuxarı Təngivan kəndinin sakinləri kəndi iki yerə bölən Lənkərançayın üzərindən körpü salınmasını istəyir

“İlin 9 ayı kəndimizdə sel, daşqın olur. Örüşümüz, əkin torpaqlarımız - hamısı çayın əks tərəfindədir. Çayın səviyyəsi qalxanda, daşqınlar olanda torpaqlarımıza tərəf keçə bilmirik, heyvanları örüşə apara bilmirik. Bu vəziyyət 5 ildən çoxdur ki, belə davam edir”.

Lənkəranın Yuxarı Təngivan kənd sakinləri Meydan TV-yə danışırlar ki, kəndi iki hissəyə bölən çayın üzərində körpünün olmaması işlərini çətinləşdirir. Çayda suyun səviyyəsi qalxanda kəndlilər çayın əks tərəfinə keçə bilmirlər. Halbuki, əsas təsərrüfatları elə çayın əks tərəfində yerləşir.

“Bu boyda kəndin təsərrüfatı batıb gedir”

Sakinlərin deməsinə görə, əvvəllər çayın üzərində körpü varmış:

“10 il əvvələdək dədə-babalarımızın düzəltdiyi bir körpü vardı, istifadə edirdik. O körpünü illərlə ən güclü sel-daşqınlar da dağıda bilmədi. Ancaq gətirib iki daş karxanası qurdular, çayın dibini o qədər qazdılar ki, körpü çökdü. Bizim şikayətlərimizdən sonra həmin karxana sahibləri bir dəmir körpü düzəltdilər, ancaq əvvəlki körpü kimi möhkəm olmadı, bir dəfə sel gəlməklə, körpünü yuyub apardı, yerində qalıqları qaldı. 5 ildən çoxdur ki, körpü yoxdur, hara müraciət ediriksə, heç kim vecinə almır. Bu boyda kəndin təsərrüfatı batıb gedir. İnsanlar çayın o tərəfinə keçib əkinlə, heyvandarlıqla məşğul ola bilmirlər”.

Təngivan sakinləri Lənkəran Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Onlar qurumun nəzərinə kənddə azı 300 nəfərin yaşadığını, adamların təsərrüfatla məşğul olmaq üçün çayın o tərəfinə keçə bilməmələrini çatdırıblar.

"O körpünü illərlə ən güclü sel-daşqınlar da dağıda bilmədi"

"O körpünü illərlə ən güclü sel-daşqınlar da dağıda bilmədi"

Источник: Foto: Meydan tv

“Qurduqları körpünü sel apardı”

“Sonuncu dəfə 1 ay əvvəl müraciət etdik, bizə cavab məktubu gəldi, oxuyub karıxdıq. Məktubda yazılıb ki, köhnə körpü kənd sakinləri tərəfindən normalara uyğun inşa edilmədiyi üçün sel suları dağıdıb. Köhnə körpünün yerində əhalinin və nəqliyyat vasitələrinin hərəkəti üçün istifadəyə tam yararlı, müasir standartlara uyğun dəmir-beton körpü tikilib. Dediyimiz kimi, dədə-babadan qalan körpünü sel yox, işbazlar dağıdıblar. Təzə və möhkəm körpü deyəndə isə icra hakimiyyəti daş karxanası sahiblərinin quraşdırdığı dəmir körpünü nəzərdə tutur. Xəbərləri yoxdur ki, 5 ildir o korpü də yoxdur. Deyirik, 300-ə yaxın əhalisi olan kəndin ortasından keçən Lənkərançayın üstündən körpü salmaq lazımdır, deyirlər, körpünüz var. Hanı? Gəlsinlər, o körpünü əhaliyə göstərsinlər. Adamlar əziyyət çəkir, örüş çayın sağ sahilində, mal-qara sol sahilində, əkin sahələrimiz sağ sahilində, özümüz sol sahilində... Kənddə iş yeri yoxdur, insanlar əkinlə, heyvandarlıqla dolanır. Bir körpüyə görə hər şeydən məhrum olmuşuq, kənddə həyat dayanıb”, - sakinlər deyir.

“Hanı dedikləri təzə, müasir körpü?”

“Bizə cavab yazıblar ki, kənd sakinlərinin vaxtilə tikdiyi körpü normalara cavab vermədiyi üçün dağılıb. Əvvəlcə icra hakimiyyətində əyləşənlərdən soruşmaq lazımdır ki, körpünü acından ölməmək üçün vurnuxan əhali tikməli idi, yoxsa dövlət? Vaxtilə əhali gözləyib, görüb dövlətdən hərəkət yoxdur, necə ki, məcbur qalıb, özü qollarını çırmalayıb, körpü tikib ki, çayın o tərəfinə keçib təsərrüfat işlərini görsün. Məmurlar imkan, şərait yaradıb, işbazlar çayın dibini qazıb, körpünü dağıdıblarsa, buna görə günahı dağılan körpüdə yox, özlərində görsünlər. İşbazlar çayın dibini 20 metr dərinliyində, 50 metr enində qazanda icra hakimiyyəti hara baxırdı? Bilmirdilər ki, bu dərinlikdə qazıntıya körpü davam gətirməz? İşbazlardan rüşvət alıb, çayın qazılmasına göz yummaqları bir kəndin 5 ildən çoxdur körpüsüz qalmasına səbəb olub, indi zəhmət çəksinlər, ya gəlib bizə dedikləri o təzə, müasir körpünün yerini göstərsinlər, ya da körpü tiksinlər”.

"Məmurlar imkan, şərait yaradıb, işbazlar çayın dibini qazıb, körpünü dağıdıblarsa, buna görə günahı dağılan körpüdə yox, özlərində görsünlər"

"Məmurlar imkan, şərait yaradıb, işbazlar çayın dibini qazıb, körpünü dağıdıblarsa, buna görə günahı dağılan körpüdə yox, özlərində görsünlər"

Источник: Foto: Meydan tv

Lənkəran Şəhər İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Lənkərançay çayının Yuxarı Təngivan kəndindən keçən hissəsində körpü olub, sel suları körpünü dağıdıb. Yaxın vaxtlarda əraziyə baxış keçiriləcək və tədbir görülməsi üçün aidiyyəti qurumlara müraciət olunacaq: “Çayda uzun müddətdir ki, heç bir qazıntı aparılmır. Karxanalar orda fəaliyyətlərini çoxdan dayandırıblar. Körpünü sel dağıdıb, baxış keçirilər, lazımi tədbirlər görülər”.

Yuxarı Təngivanda kəndlilərin əsas məşğuliyyəti heyvandarlıq və əkin işləridir. Deyirlər ki, körpünün olmaması 5 ildən çoxdur ki, onları qazancsız və dolanışıqsız qoyub.

Lənkəran Rayon İcra Hakimiyyətinin I müavini Möhübbət Babayevin cavab məktubu

Lənkəran Rayon İcra Hakimiyyətinin I müavini Möhübbət Babayevin cavab məktubu

Источник: Foto: Meydan tv

İcra başçısının adına ərizə

İcra başçısının adına ərizə

Источник: Meydan TV

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/0v7uih

Самое читаемое