Azərbaycanda “Sputnik V” vaksininin tətbiqinə başlanılır

“Sputnik V” vaksini artıq dünyanın 65 ölkəsi tərəfindən tanınıb.

Source: Meydan TV


18 yaşından yuxarı hər bir vətəndaş peyvənd oluna bilər

Mayın 18-dən Azərbaycanda Rusiya istehsalı “Sputnik V” vaksininin vurulmasına başlanılacaq.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirilir ki, vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində başlanacaq.

18 yaşından yuxarı olan və əks-göstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.

“Sputnik V” vaksini artıq dünyanın 65 ölkəsi tərəfindən tanınıb.

Ana səhifəSağlıqAzərbaycanda “Sputnik V” vaksininin tətbiqinə başlanılır