Seymur Həzi

Источник: Meydan TV

Başlıq: Seymur Həzi

ATƏT-in “xroniki müharibə”-si

Əgər bu münaqişə ATƏT-in möhürü ilə sonlanacaqsa, onda ən azı iki ölkə Minsk Qrupundan uzaqlaşmalıdır

ATƏT-in Minsk Qrupunun sonuncu bəyanatı birmənalı qarşılanmadı. 44 günlük münaqişədən sonra Minsk Qrupunun real işlər görmək üçün hansısa addımlar atacağı barədə məndə bəzi ehtimallar yaranmışdı. Buna görə də düşünürdüm ki, bu missiya ilə işləmək bizim üçün faydalı ola bilər. Ancaq bir çox proseslər göstərdi ki, Minsk Qrupu bir diplomatik institut kimi artıq yaşamaq uğrunda mübarizə aparır və buna görə də Qarabağ münaqişəsindən qidalanmaq istəyir. Yəni Minsk Qrupunun digər üzvləri də əslində ədalətli həll arxasınca getmək fikrində deyillər. Biz bunu nələrdə görürük?

  1. ATƏT-in Mkinsk Qrupunun Fransa və ABŞ kimi həmsədr ölkələri və xüsusilə də ATƏT-in mərkəzi ofisi öz “sülhməramlı” fəaliyyətini bu qurumun təməl prinsiplərinə uyğun quracağını bəyan edən Rusiyanın bölgəni hegomoniyasına almasına demək olar ki, sakit tamaşa etdilər.
  2. İlham Əliyevlə görüşdən əvvəl və sonra konkret təkliflər irəli sürmədilər. Ərazi bütövlüyü prinsipinin mütləq hüquq kimi tanınması və işləməsi üçün imperativ addımlara getmədilər (Bu, həm də ATƏT-ə aiddir)
  3. Yenidən status-kvo-çu danışıqların əsasını qoymağa və köhnə çıxışları təkrarlamağa cəhd edirlər. Nəhayət, sonuncu bəyanatlarında münaqişəyə iş yeri kimi baxdıqları açıq aydın görünür.

Burada dövlətlərin də ayrı-ayrılıqda fəaliyyətləri bu qurumun işinin effektiv olmayacağını göstərməklə həm də keçmiş uğursuzluqlarını şərh edir. Məsələn, Rusiyanın Azərbaycana “İsgəndər M” raketindən atəş açması faktı bəs edir ki, Rusiya artıq vasitəçi həmsədr və “sülhməramlı” rolunu itirsin.

Fransa 44 günlük müharibə dövründə və ondan sonra Azərbaycana qarşı açıq mövqelər sərgiləyib və özünü tərəfsiz apara bilməyib. Hətta kifayət qədər ehtiyatlı diplomat sayılan Metyu Brayza demişdi ki, bu hərəkətlərindən sonra Fransanın Minsk Qrupunda qalması qurumun fəaliyyətinin peşəkarlığını və obyektivliyini sual altında qoyacaq. Ancaq hələ ki, Minsk Qrupu cəhdlər edir. Bu cəhdlərin mahiyyəti münaqişəni bir an öncə bitirmək deyil, sanki onun uzanmasının vacibliyini əsaslandırmaqdır. “Davamlı sülh” ifadəsi artıq “xroniki müharibə” ilə assosiasiya olunmaqdadır. Azərbaycan ədalətli sülh istəyir. Bunu “münaqişə bitib” deyən İlham Əliyevin tələbi kimi deyil, Xocalıya qayıtmaq üçün hələ də dünyadan və insanlıqdan ədalət gözləyən azərbaycanlıların tələbi kimi qəbul etmək lazımdır. İlham Əliyev Azərbaycan xalqını bəzən yaxşı, əksərən də pis təmsil edə bilər. Amma bu dünya birliyinə unversal prinsiplərin üzərində spekulyasiya etməyə əsas vermir. Xüsusilə ABŞ diplomatları iş işdən keçəndən sonra Rusiya təmsilçilərini ifşa edən məqalələr yazıb, işlərini bitmiş saymamalıdırlar. Əgər bu münaqişə ATƏT-in möhürü ilə sonlanacaqsa, onda ən azı iki ölkə - Rusiya və Fransa Minsk Qrupundan uzaqlaşmalıdır.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/tre7vc

Самое читаемое