Tofiq Yaqublu (solda)

Source: Foto: Meydan tv

Caption: Tofiq Yaqublu (solda)

Tofiq Yaqubluya həbs qərarı çıxarılıb

Nigar Həzi: “Atamın səhhətindən və hansı şəraitdə saxlanılmasından məlumatsızıq”

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati cəza alıb.

Bu barədə Meydan TV-yə Tofiq Yaqublunun qızı Nigar Həzi məlumat verib.

Nigar Həzi bildirib ki, Tofiq Yaqublu barədə əlavə xəbər ala bilməyiblər:

“Atamın Binəqədi Müvəqqəti Saxlanılma Təcridxanasında olduğunu bilirik, amma səhhəti və hansı şəraitdə saxlanıldığından məlumatsızıq. Məhkəmənin İnzibati Xətalar Məcəlləsinin hansı maddəsinə istinad etməsindən də xəbərsizik”.

Demokratik Qüvvələrin Milli Şurası oktyabrın 19-da 28 may metrostansiyası qarşısında aksiya keçirib.

Bakı Şəhər Baş Polis İdarəsi aksiyada saxlanılan 60 nəfərdən 42-nin sərbəst buraxıldığı haqda məlumat yayıb.

AXCP sədrinin müavini Vahid Məhərrəmli Meydan TV-yə bildirib ki, yalnız Nəsimi Rayon Polis İdarəsində 70-dən çox saxlanılan vardı, onların əksəriyyəti AXCP üzvləri və digər partiyaların fəalları da az deyildi, o cümlədən, yoldan keçən təsadüfü adamlar da idarəyə gətirilmişdi.

Tofiq Yaqublu 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. Binəqədi rayon təşkilatının sədri, Müsavat Məclisinin katibi olub.

2013-cü ildə İsmayıllı hadisələrinə görə Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə 5 il azadlıqdan məhrum olunub.

2016-cı ildə əfv fərmanı ilə azad edilib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/bq3kgf

Most Viewed