Qazax rayonu

Source: meydan tv

Caption: Qazax rayonu

Qazaxda bir qrup sakin müsavatçının rayondan çıxarılmasını istəyib

Article was updated on :  16 September 2019

Azər Məmmədov: “Müraciətdən 37-ci ilin qoxusu gəlir”

Qazax rayonunun bir qrup sakini müsavatçı Azər Məmmədovun bölgədən çıxarılması üçün icra hakimiyyətinin başçısı Rəcəb Babaşova müraciət edib.

Onlar qazaxlıların, rayon ziyalılarının və icra başçısının ünvanına “olub-olmayan yazı yazan insanların bu el-obada yaşamağa haqqı yoxdur” deyə bildiriblər.

Müraciətlə əlaqədar Meydan TV-yə danışan Azər Məmmədov bildirib ki, ona qarşı kampaniya “Facebook”dakı tənqidi statusları ilə bağlıdır və rayon rəhbərliyi tərəfindən təşkil olunub. Baxın, müraciəti imzalayanlar arasında YAP-ın yerli rayon təşkilatının sədri Həmid Pənahovun da adı var ki, bu da hansı mərkəz tərəfindən tapşırıq olduğunu təsdiqləyir.

Azər Məmmədovun sözlərinə görə, əvvəl təzyiqlər fərqli istiqamətdəydi:

“İşığımı kəsdilər, ardınca qarşımı kəsib hədə-qorxu gəldilər. Sonra 25 nəfər icra başçısına müraciət edib ki, guya, mən rayonda aranı qatıram, əgər onu rayondan çıxartmasanız, özləri çıxardacaqlar. Müraciətdən ötən əsrin 37-ci ilin qoxusu gəlir. Bu gün də hakimiyyətdə həmin illərdə belə biabırçı işlərlə məşğul olanların nəvələridir”.

“Məktubu imzalayanlar əhali arasına çıxa bilmirlər”

O deyib ki, müraciəti imzalayanların arasında idarə müdirləri, məktəb direktorları var, pensiya yaşını keçsələr də, işləyənləri var, hamısı hakimiyyətdən asılı adamlardır.

“Hətta bu adamların arasında mənim yaxın dostlarım, qohumlarım da var, məsələn, Məhəmməd Aşurov, məktəb direktoru idi. Elə bilib ki, imza atsa, pensiyaya göndərməyəcəklər, amma imza qoyandan sonra pensiyaya göndəriblər. Bunlar elə bilirdi ki, müraciət birbaşa Prezident Administrasiyasına gedəcək və mənim xəbərim olmayacaq. İcra başçısı da məktubu göndərib mənə. Onların ağlına gəlməyib ki, icra başçısı müraciətin üstünə məktub qoyub mənə göndərəcək. Hazırda rayonda müraciəti imzalayanlar qınaq obyektinə çevrilib, əhali arasına çıxa bilmirlər. Biabırçı mənzərə yaranıb, şəhərə çıxa bilmirlər, hamı onlardan danışır”.

Azər Məmmədov bildirib ki, müraciətdə “tədbir görülməsə, biz qazaxlılara çağırış edəcəyik ki, o rayondan çıxsın” cümləsi yer alıbsa, bu, artıq zorakılığa çağırışdır. Ona görə hüquq-mühafizə orqanları onlar haqqında tədbir görməlidir:

“Status yazdığım üçün məni niyə rayondan çıxartmalıdırlar? Bu, çağırışdır, biz hansı əsrdə yaşayırıq?”

“İcra başçısını prezident təyin edibsə, ona toxunmaq olmaz”

Müraciəti imzalayanlardan biri Ramiz Tağıyev Meydan TV-ə danışaraq, imza atıb-atmamağının onun şəxsi işi olduğunu söyləyib:

“Bunu Azər Məmmədov bilər, mən bilərəm. Mən Azərbaycan dövlətini və dövlətçiliyini dəstəkləyirəm. Kimsə, Qazax, Azərbaycan qadınına qarşı söz söyləyirsə, mən ona qarşıyam, hamımızın ana-bacımız var. Azər Məmmədov yazıb ki, qazaxlı xanımlar Sabirabada üzgüçülük öyrənməyə gedir, belə şeylər olmaz. İcra başçısı haqda yazır özü, bilər. Ümumiyyətlə, nəsə yazırsa, ölçsün, biçsin”.

Müraciət məktubu

Müraciət məktubu

Source: Meydan.TV

“Məgər, qadınların üzgüçülük öyrənməsi barədə yazması təhqirdir” sualına konkret cavab vermədi:

“Bu, rayonda pis hallanır. Bilirsiniz, Azər Məmmədovla düşmənçiliyim yoxdur. Amma Azərbaycanın mənafeyinə zidd yazmaq olmaz. Mən onun rayondan çıxmasını istəmirəm. Heç kəs heç kəsi çıxarda bilməz, sürgün nədir. El-oba var, bizim bir-birimizə hörmətimiz var, dövlətçiliyimizə toxunmaq olmaz. Bizdə bir jurnalist vardı, İlham Hacıalı, Vaqif Səmədoğlu haqda yazmışdı ki, onun şerində məntiq yoxdur, belə olmaz. Axı Vaqif Səmədoğlu xalq şairidir, gözəl mahnıları var,Səməd Vurğunun oğludur. Elə adamlar var ki, toxunmaq olmaz. Rayon rəhbərini prezident təyin edibsə, ona toxunmaq olmaz. Biz də prezidenti dəstəkləyib kömək etməliyik”.

Qazax Rayon İcra Başçısının köməkçisi Əmin Abıyev Meydan TV-yə bildirib ki, Azər Məmmədov barəsində heç bir tədbir görülməyəcək:

“İcra başçısı müraciətə məktub əlavə edərək qeyd edib ki, o, sosial şəbəkələrdə yalnız öz adından danışa bilər, yerli ziyalılar adından yox. Bununla da məsələ qapanıb”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  16 September 2019
Featured in:  
Shortlink:   http://mtv.re/rz9ulq

Most Viewed