Source: Meydan.TV

Qaxda 55 yaşlı qadının təcavüzə məruz qaldığı deyilir

Zərərçəkənin xəstəxanaya yerləşdirildiyi bildirilir

Qax rayonunun kəndlərindən birində 55 yaşlı qadının cinsi təcavüzə məruz qaldığı, bu səbəbdən ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilir. Kənd sakinlərinin Meydan TV-yə verdiyi məlumata görə, hadisə 2 gün əvvəl baş verib. Təcavüzə məruz qalan qadının indiyədək ailə qurmadığı, əqli probleminin olduğu bildirilir:

"Hadisənin bir nəfər tərəfində edilmədiyini düşünürük. Çünki qadının bədənindəki xəsarətlər çoxdur. Ağzı-burnu sındırılıb, qanaxması var. Qonşusu xəstəxanaya çatdırıb, hazırda komada olduğu deyilir. Bizə verilən məlumata görə, polis bir nəfəri həbs edib. Qadının əqli problemli olması səbəbindən işin ört-basdır ediləcəyini düşünürük.

Faktı Meydan TV-yə Daxili İşlər Nazirliyindən təsdiqləyiblər. Bildirilib ki, 1971-ci il təvəllüdlü, rayon sakini R.Camalov sərxoş vəziyyətdə olub və qadına təcavüz edib. Hazırda faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

Qax Rayon Mərkəzi Xəstəxanasından açıqlama vermək istəmədiklərini desələr də, qadının vəziyyətinin yaxşı olmadığını da söyləyiblər.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/fu4dmy

Most Viewed