Seymur Həzi

Source: Meydan TV

Caption: Seymur Həzi

Putin özünü “zəhərlədi”

Navalnı prosesi hara aparır?

Rusiyanın müxalifət lideri Aleksey Navalnı Moskvaya dönərkən bütün dünyanın gözü qarşısında Rusiya polisi tərəfindən saxlanıldı. Bu həbsin məntiqini aydınlaşdırmaq çox çətindir. Navalnı niyə həbs edilir? Gəlin əvvəldən başlayaq.

Rusiya vətəndaşı, müxalifətçi araşdırmaçı və siyasətçi Aleksey Navalnı öz ölkəsində heç bir cinayət təqibinə məruz qalmadan bir aeroportdan təyyarəyə minib başqa şəhərə gedərkən yolda zəhərlənir. Təyyarə məcburi eniş edir və onun halı kritik şəkildə pisləşir. Həkim müdaxiləsi- koma vəziyyəti- beynəlxalq təzyiq onun ölməməsinə və Almaniyada müalicəsinə kimi aparır. Rusiyadan başlayaraq dünyanın bir çox mərkəzinə Navalnının Rusiya xüsusi xidmət orqanları tərəfindən zəhərləndiyi xəbəri yayılır. Bu tezisi sübut etməyə çalışanlar da, təkzib etməyə cəhd edənlər də, heç yaxına buraxmayanlar da var. Bu polemikada vaxtında olsaq da, indi iştirak etməyi ya yersiz, ya da yerində sayma hesab edirəm.

Putinə tələ

İkinci mərhələ, Navalnı Rusiya xəfiyyə orqanlarının nümayəndəsinə zəng edir, özünü rəsmi şəxsin köməkçisi kimi təqdim edir və baş verdiyi iddia edilən zəhərlənmə haqqında suallar verir. Cavablar alır, polemika qurur və səsyazmanın nəticəsi belə olur ki, bəli, Navalnının rəsmi orqanların iştirakı və təşkilatçılığı ilə zəhərləndiyi təsbit edilir. Bu proses haqqında xüsusi ekspertiza rəyi olmasa da, dünyanın əksər media orqanlarında bu barədə məlumat gedir və Qərb siyasi dairələrində çox da güclü olmayan reaksiya doğurur. İddialar daha da qətiləşir. Suallar yayğınlıqdan çıxaraq, konkretlik qazanır. Ancaq bütün bu olanlar Putinin işin arxasında birbaşa dayandığını deməyə əsas verirmi? Bunu demək çətindir. Rusiya kimi böyük ölkənin xüsusi xidmət orqanlarında bir neçə fərqli marağa qulluq edən qruplar ola bilərmi? Ola bilər. Putinin əmri olmadan Navalnını zəhərləmək onların nəyinə lazımdır? Gərginliyi artırmaq, yerli və beynəlxalq ictimai təzyiqlərin qarşısında zəifləyən rəhbərə daha yaxşı təsir etmək imkanı qazanmaq. Putin kimi adamlara bu mümkündürmü? Əlbəttə, bir halda ki, bir xidmətin sadəcə polkovniki Putindir, o zaman bu xidmətin generalları nəyə qadir deyil? Deməli, bu ehtimal da var. Amma!

Putin nə edir?

Yaxşı tutaq ki, yuxarıda dediklərimiz doğrudur. Putinin xəbəri yoxdur, ona tələ qurulub. Bəs nə üçün, o, bu cür reaksiya verir, özünü Navalnının hədəfi və ona qarşı prosesin lideri kimi aparır? Üstəlik, baş verənlərdən məmnun və saymazyana davranır. Navalnı ölkəyə döndüyü üçünmü həbs edilib? Ona niyə cinayət işi açıldı? Ola bilməzdimi ki, zəhərlənmənin onun səhhətində iz buraxdığı nəzərə alınıb iddiaları “ciddiyə alınmasın”? Bu yanaşma prosesi hansı istiqamətdə aparardı? Putin son beş ayda tanınmış müxalifətçinin səhhəti barədə bir dəfə də narahatlıq keçiribmi, ya da özündə keçirmədiyi narahatlığı ifadə etmək gücü tapıbmı? Bütün bu suallar bir cavaba aparır- Navalnı ölmədiyi üçün ittiham edilir. Ona rəsmən hansı ittiham irəli sürülür sürülsün, qəzəbə səbəb olması ölmədiyinə görədir. Putin polisi onun qarşısına çıxarmadan, onu həbs etmədən təmkinlə obyektiv araşadırmada maraqlı olduğunu göstərə bilsəydi, özünü formal olaraq nişangahdan çıxara bilərdi. Amma o, özünü Navalnını zəhərləyərkən “əzilmiş” barmağını ağzına aparmaqdan saxlaya bilmədi. Rus həkimləri isə bu zəhərə qarşı elə də yaxşı deyillər.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/bosptj

Most Viewed