Dövlət Gömrük Komitəsi

Source: Meydan TV

Caption: Dövlət Gömrük Komitəsi

Natiq Cəfərli: Sistem ekoloji olaraq da "çirkli"dir”

Article was updated on :  18 June 2021

"Sonra da hökumət deyir ki, "ağıllı kənd", "smart şəhər" tikəcəyik, "yaşıl iqtisadiyyat" quracağıq"

"2021-ci ilin ilk 5 ayında Azərbaycana 29 ədəd elektriklə işləyən avtomobil gətirilib. Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə azdır. Keçən il bu dövrədək ölkəyə 81 elektrik avtomobili gətirilib".

Dövlət Gömrük Komitəsinin məlumatında belə deyilir.

İqtisadçı Natiq Cəfərli deyir ki, keçən il cüzi olan rəqəm bu il lap aşağı düşüb. Bu ilin ilk 5 ayında ölkəyə xaricdən 31 220 ədəd avtomobil gətirilib və bunun cəmi 29 ədədi müasir, ekoloji, elektriklə işləyən avtomobillərdir: “Rəqəm çox azdır. Sonra da bu hökumət deyir ki, biz "ağıllı kənd" salacağıq, "smart şəhər" tikəcəyik, ekoloji təmiz, "yaşıl iqtisadiyyat" quracağıq. Belə gömrük siyasəti, bu acgözlük və geridəqalmış düşüncə ilə heç nə qura, tikə, yarada bilməzsiniz. Bu sistem ekoloji olaraq da "çirkli"dir”.

Onun sözlərinə görə, ölkədə elektrik avtomobillərinin sayının artması vacibdir, çünki ekoloji təmiz nəqliyyat vasitəsidir: "Eyni zamanda, bu cür avtomobillər daha təhlükəsizdir, qəzalarda ölüm sayını minimuma endirə bilər. Yeni modellər olduqları üçün onların istehsalında qəzalar zamanı təhlükəsizlik qaydalarına daha çox əməl olunur”.

Elektrik avtomobillərinə Azərbaycanda gömrük rüsumu yoxdur, ancaq əlavə dəyər vergisi var: “Avtomobillərin qiymətinin 15 faizi dəyərində əlavə dəyər vergisi ödənir. Bir də gömrükdə rəsmiləşdirmə rüsumu var. Bu, çox deyil, 150 manat civarında olur”.

Natiq Cəfərli

Natiq Cəfərli

Source: Meydan TV

Avropanın ən böyük avtomobil bazarı olan Almaniyada elektrikli maşınların sayı artıb. Bu tendensiya getdikcə artmaqda davam edir.

Bu ilin yanvar ayına olan nəticəyə görə bazarda elektriklə çalışan avtomobillərin payı 21.7 faiz təşkil edib. Almaniyada bu il benzinlə çalışan avtomobillərin satışında 50 faizə yaxın düşüş yaşanıb. Ötən ilin yanvar ayı ilə müqayisədə bu il elektrikli avtomobillərin alışında 6.5 faiz artım olub.

Ən çox satılan elektrikli avtomobillər isə Volkswagen ID.3 markalarıdır.

Norveçdə də bu ilin mart ayında 84.9 faiz elektrik avtomobili satışı olub. Onlardan 56.3 faiz tam elektrik, 28.6 faizi isə “plugin hibrid” avtomobilləri olub.

Bir ara Naxçıvan Avtomobil Zavodu da elektromobil avtomobillər istehsal edəcəyi ilə bağlı açıqlama vermişdi. Elektrik avtomobili kimi iki versiyanın istehsalının araşdırıldığını bildirmişdi: “Bunlar “Lifan 330” və “Lifan 650” modelləridir. Hazırda bununla bağlı müzakirələr gedir, qiyməti və texniki göstəriciləri də müzakirə edildikdən sonra istehsalal bağlı qərar qəbul ediləcək. İşlər plan üzrə davam etsə, artıq gələn ilin birinci rübünün sonundan Naxçıvanda elektrik avtomobillərinin istehsalı başlanacaq”.

Zavoddan bildirib ki, ölkədə elektrik avtomobillərinə tələbat yüksəlib. Amma belə avtomobillərin istehsalı adi maşınlardakı kimi deyil, kompleks şəkildə həyata keçirilməlidir. Söhbət həmin maşınlara qulluq edəcək texniki servislərin yaradılması və elektrik doldurucu stansiyaların qurulmasından gedir: “İstehsal başlanacağı təqdirdə Naxçıvanda elektrik doldurma stansiyaları da qurulacaq. Bakıda isə hazırda mövcud olan stansiyaları “Lifan”lara da xidmət etmək imkanındadır”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  18 June 2021
Featured in:  
Shortlink:   http://mtv.re/r2afla

Most Viewed